Stadium.az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 455-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 976-cı pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 278 pillə geriləyib. Bordin italiyalı baş məşqçilər arasında sonuncu yerdə qərar tutub.
Cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.