Bakı Olimpiya Stadionundakı mətbuat konfransı saat 14:30-da başlayacaq. “Qarabağ”ın oyunöncəsi son məşqi isə saat 19:00-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Rəqib komandanın baş məşqçisi saat 20:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Portuqaliya təmsilçisinin oyunöncəsi son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 18:30-də Bakı Olimpiya Stadionundan "Azərsun Arena"ya aparacaq və komandanın məşqindən sonra yenidən Bakı Olimpiya Stadionuna qaytaracaq.