Stadium.az xəbər verir ki, "qartallar"ın zədəlisi Vüqar Mustafayev məşqlərə başlayıb. Çempionatın 6-cı turunda “Sumqayıt”la qarşılaşmada (0:1) zədələnən 24 yaşlı yarımmüdafiəçi məşqləri bərpa edib. O, qış fasiləsindən sonra yaşıl meydanlara dönəcək.
"Qəbələ" - "Zirə" matçı dekabrın 2-si, Qəbələ şəhər stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 17:00-da səslənəcək.