Uşaq futbolunda biabırçılıq - Məşqçilər əlbəyaxa çıxdı - VİDEO
İstirahət günümü xoş keçirmək üçün 3 yaşlı qardaşım oğlunu götürüb dəniz kənarına gəzintiyə getdim. Sumqayıtı yaxşı tanıyanlar bilir ki, "Kapital Arena" dəniz sahilinə yaxın ərazidə yerləşir. Az yaşlıların futbol oynamasını fürsət bilib, oyunlarını izləmək qərarı verdim. Kaş ki verməz olaydım ...
Xülasə, izlədiyim Araz Bakı UFK (Bakı)-UGİŞM-1 (Sumqayıt) oyunu başa çatdı və əsl "oyun" bundan sonra başladı. Cavanşir və Rasim adlı iki uşaq futbol məşqçisi elə uşaqların gözü önündə mübahisə etməyə başladı. İnsafən Rasim müəllim bu söhbətin yerinin bura olmadığını, məsələni çay süfrəsində danışmağı təklif etdi. Amma Cavanşir müəllimin inadı məsələnin əlbəyaxa davaya (videoda olmayan bu hissəyə özüm şahidəm) kimi uzanmasına səbəb oldu. Bu sırada uşaqlara futbolun sirlərini öyrətməli olan Cavanşir müəllim, vəzifəsini unudaraq uşaqlarla insanlığa sığmayan davranış göstərib, təhqirlə danışmağa kimi özündə "cəsarət" tapdı. Baş verənlərə tamaşa edən bir neçə valideyn, müdaxilə etmək əvəzinə çəkilişə maneə törətməyə cəhd etdilər.
Məsələ ilə bağlı "Sumqayıt" futbol klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla danışdıq. Saytımıza açıqlama verən klub nümayəndəsi bunları dedi: "Baş tutan oyunun bizim akademiya ilə heç bir əlaqəsi yoxdur. Keçirilən oyun Şimal Zonası üzrə 14 yaşlılar arasında olub. Bizim isə bu yaşda olan komandalarımızın heç biri o liqada iştirak etmir. O komandalara sadəcə stadionumuzdan istifadə etmələri üçün şərait yaratmışıq"
Məsələnin "Sumqayıt" futbol klubu ilə heç bir əlaqəsi olmasa da AFFA ilə birbaşa əlaqəsi var. Budurmu təşkilatçısı olduqları çempionat? Budurmu inkişaf etdirmək istədikləri uşaq futbolu? Bu idarəçiliklə, bu təkilatçılıqla, bu inkişafla heç nəyə nail olmaq olmaz. Körpə balalara bu yaşında travma vuran uşaq məşqçiləri və onların "fəaliyyətinə" göz yuman idarəçilər tamaşaçı kimi ola belə stadionlara buraxılmamalıdır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |