"Xəzər Lənkəran" qayıdır?
“Xəzər Lənkəran” 2004-cü ildə gələn futbol dalğasının əsası idi. Həm azarkeşi, həm stadionu, həm maliyyəsi, həm də Azərbaycan futbolundakı mövqeyi ilə nümunə idi.
Düzdür, yeyintilər və digər səbəblərdən klubun adı bir neçə dəfə böyük qalmaqallarda hallandı. Amma istənilən halda, işbazların, öz mənfəətlərini güdənlərin oyunu “Xəzər Lənkəran” adını tarixdən silə bilməz. Bu klubun adı ön sıralarda olmalıdır!
Mübariz Mənsimovun yaratdığı, pul ayırdığı klub bu ölkədə mümkün tittulların hər birini qazanıb. Azərbaycan çempionu olub, Kuboku qazanıb, superkuboku əldə edib. Amma təəssüf ki, indi bu klubun tarixə qovuşduğunu qeyd etməliyik.
Kluba aid sadəcə, stadion və onun ərazisindəki obyektlər qalıb, bir də bu adı özündə birləşdirən uşaq komandaları.
Düzdür, bir neçə dəfə “Xəzər Lənkəran”ın elitaya qayıdacağı ilə bağlı söz-söhbətlər yayılıb. Hətta idarəçilər “Xəzər Lənkəran” qayıdacağı təqdirdə, birbaşa elitada oynayacaq kimi sözləri var. Bu birbaşa onu göstərir ki, klubun yoxluğu açıq-aşkar hiss olunur.
Bizdə olan yekun məlumata görə, “Xəzər Lənkəran” hazırda kölgəyə çəkilsə də, bunu birdəfəlik gediş kimi qələmə vermək olmaz. İşıq uclarından biri klubun adının qorunması ilə bağlı atılan addımlardır. Son vaxtlar maliyyə problemi yarandığı üçün legionerlərə xeyli borcu olan klubdan ali futbol qurumuna çoxsaylı şikayətlər ünvanlanmışdı.
Şikayətlər cərimələrlə nəticələnəcəyi təqdirdə klub qayıdışında mütləq şəkildə adını dəyişməli idi. Amma rəhbərlik “Xəzər Lənkəran” adını qorumaq üçün müvafiq addımlar atıb. Məlumata görə, legionerlərə olan bütün borclar ödənilib. Sadəcə, hələ də Azərbaycanda çıxış edən Adrian Skarlatakenin borcu qalıb ki, bu da yaxın gələcəkdə yoluna qoyulacaq. Aparılan işlər ona ümid verir ki, gələcəkdə “Xəzər Lənkəran” adını yenə futbolumuzda görə bilərik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |