Valverde: "İkinci qoldan sonra dağıldıq"
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Liverpul”a 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandıran “Barselona”nın baş məşqçisi Ernesto Valverde fikirlərini bölüşüb.
Stadium.Az xəbər verir ki, 55 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb: "Liverpul" irəlidə təzyiqlə başladı. Bunu onlardan gözləyirdik. İlk qoldan sonra cəsarətləndilər. İkinci qoldan sonra dağıldıq. Çünki həmin qoldan dərhal sonra 3-cü dəfə fərqləndilər. Biz də vəziyyətlər yaradırdıq, ancaq yararlanmırdıq. Bəhanəmiz yoxdur, "Liverpul" bizdən daha yaxşı idi və 4:0 hesabı ilə qalib gəldi. Düşünəcək çox şey şey var, istefanı fikirləşmirəm. Bu tip nəticələrdə ilk günahkar şəxs məşqçidir".
Valverde futbolçularına tempi aşağı salmalarını tapşırdığını, lakin bunu edə bilmədiklərini deyib: "Liverpul" çox alovlu idi. İlk qoldan sonra daha da motivasiyalı oldular. O qol bizi çox geri saldı. İkinci hissənin əvvəllərində də qol vurdular. Luis Suaresin önəmli şansı var idi. Vursaydı, fərqli olacaqdı. "Liverpul" iki hücuma iki qol vurdu. Oyunçularıma pasla oynamalarını, tempi aşağı salmalarını desəm də, bacarmadılar. Nələr olduğunu anlamadım. Premyer Liqada standart vəziyyətlərdən ən yaxşı istifadə edən komanda "Liverpul"dur. Rəqib bizə sürprizlər etdi".
Valverde ötən mövsüm Çempionlar Liqasında "Roma"ya uduzduqları oyunu xatırlayıb: "Romada aldığımız nəticənin oxşarını yenidən yaşamaq acı hisslər verir. Bu hesab bizə bəhanə gətirməyə də imkan vermir".
Ötən mövsüm “Roma”ya evdə 4:1 hesabı ilə qalib gələn “Barselona” səfərdə 0:3 hesabı ilə uduzaraq mübarizəni ¼ finalda dayandırmışdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |