Qurban Qurbanovdan çempionluq şərhi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarıını cavablandırıb:
- Əlbəttə, sevindirici haldır. Çempionluğu daha əvvəl rəsmiləşdirməyimizə baxmayaraq, yenə də sevinirik. Oyuna ciddi hazırlaşmışdıq. Təkcə qalib gəlmək yox, azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik. Futbolçular bunu bacardılar. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Həmçinin "Neftçi"ni də. Yaxşı mübarizə apardılar. Bizim üçün asan olmadı.
Həqiqətən bu oyuna azarkeşlərimiz üçün yaxşı hazırlaşmışdıq. Əsas istəyimiz azarkeşlər üçün baxımlı oyun göstərmək idi. Futbolçularımı çempionluq münasibəti ilə təbrik edirəm. Bizim üçün ağır mövsüm oldu. Sona qədər hər oyunda gərginlik hiss etdik. “Neftçi” yaxşı mövsüm keçirdi, onları təbrik edirəm.
- Rəşad Sadıqovla bağlı ilk hissədə problem oldu…
- 45 dəqiqə Rəşad üçün bəs idi. Bir az əsəbləşmişdi. Qarşıda milli komandanın oyunu var. Rahil Məmmədov və Bədavi Hüseynovun bir yerdə oynaması üçün dəyişiklik etdim.
- Miçel sanki pis təsir bağışladı…
- Miçel köhnə mövqeyinə qayıtmışdı. Ona görə bir az zəif təsir bağışladı. Onun meydanda düşünmə qabiliyyəti bizim üçün vacibdir.
- Komandadan gedəcək futbolçular bəllidirmi?
- İnnosent Emeqaranın müqaviləsini yeniləmədik. Reynaldo ilə də yollarımız ayrılacaq. Donald Gerye bizimlə qalacaq. Tam razılaşmasaq da, danışacağıq. Yakub Jezniçakın da müqaviləsini uzatmadıq. Rəşad Sadıqovun müqaviləsini isə bir illik uzatdıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |