Emil Balayevin "Tobol"dan ayrılmasından danışıb
Millimizin qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılmasına münasibət bildirib.
Stadium.Az xəbər verir ki, 26 yaşlı qolkiper şəxsi İnstagram səhifəsindəki payaşımında Kostanay təmsilçisinin onun karyerasında önəmli yer tutduğunu qeyd edib:
“Bu klubda daha da inkişaf edib, Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçıları siyahısına düşdüm. Milli komandamızda da debütüm məhz bu klubun şərəfini qoruduğum vaxt baş tutdu.
Ötən mövsümün sonunda bir daha “Tobol”da oynamayacağımı ağlıma belə gətirməzdim. Lakin bu il "sarı-yaşıllar"ı tərk etdim.
Yeni baş məşqçinin təyinatı sonrası, təbii ki, futbolçu kimi gələcəyim bir çoxlarını maraqlandırırdı. Mən isə məlum səbəblərlə əlaqədar komandanı tərk etməyə qərar verdim və bu qərardan zərrə qədər də peşman deyiləm".
Balayev ona dəstək olan hər kəsə minnətdarlıq edib: “Klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. Çünki onlar məni başa düşüb, problemsiz müqaviləyə xitam verməyə razı oldular. "Tobol"un bütün azarkeşlərinə "sağ olun" deyirəm. Kluba gəldiyim ilk gündən mənə dəstək oldular. Hətta indi belə, yazıb, sevgilərini hiss etdirirlər. Bütün kollektivimizə, komanda yoldaşlarıma, personala təşəkkürümü bildirirəm. Sizin hər birinizlə işləmək xoş idi. Kostanay və kostanaylılar barədə məndə yalnız gözəl xatirələr qalacaq. Hər şeyə görə çox sağ olun!"
Emil Balayevin "Tobol"a erməni əsilli baş məşqçi Qriqori Babayanın gəlişindən sonra daha bir il müqaviləsi olmasına baxmayaraq, komandadan ayrılıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |