Füzuli Məmmədov: "Belə səhvlər etmək olmaz"
"Çətin olacağını bilirdik. Çünki rəqibi analiz etmişdik. Futbolçulara bütün tapşırıqları vermişdik, amma sonda buraxılan bir səhv komandamızı qələbədən məhrum etdi".
Stadium.Az xəbər verir ki, bu sözləri "Nefçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 19-cu turunda "Səbail"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesablı bərabərlik qeydə alınan matçı belə şərh edib: "Düzdür, oyuna biz nəzarət edirdik, amma rəqib hesabda geri olduğuna görə çoxluqla hücuma atıldı ki, bu da təzyiqi artırdı. Bundan sonra futbolçularımız risk etməyib, hesabı qorumaq istəyirdilər. Amma standart vəziyyət zamanı buraxılan səhv qələbəni əlimizdən aldı. Belə hallar olur. Yolumuza davam edəcəyik. Səhvləri analiz edib, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.
Məmmədov müdafiə xəttindəki boşluqlardan və qapıçı Aqil Məmmədovun buraxılan qol zamanı çıxışdakı səhvindən də danışıb: "Standart vəziyyətdə rəqib futbolçunu boş buraxmaq yolverilməzdir. Qol epizodlarımız oldu. Onları qola çevirmək lazımdır ki, sonra rahat olsun. Əks halda, stress artır. Ömər Buludov daha ciddi olmalıdır. İradlarımızı bildiririk. Belə səhvlər etmək olmaz. Biz komanda oyunu oynayırıq, sadəcə, bu gün bir çox halda sonluğu düzgün yerinə yetirə bilmədik. Aqil Məmmədovun çıxışda səhv etməsinə gəlincə, buna baxacağıq. Həm Aqil, həm də Səlahət səviyyəli qapıçılardır. İkisinə də güvənirəm. Eyni sözlər, zədə üzündən bugünkü oyunu buraxan Mamadi Mbodja və Donald Geryeyə də aiddir. Onları əvəz edən futbolçular onların yoxluğunu hiss etdirməməyə çalışdılar. Gerye artıq gələn həftədən, Mbodj isə o biri həftədən məşqlərə qoşulacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |