Tək prezident - RÖVNƏQ ABDULLAYEV
Əvvəlcədən məlumat verildiyi kimi, bu il martın 9-da, saat 10:00-da AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki Konfransı keçiriləcək. Stadium.az xəbər verir ki, konfransda əvvəlcə AFFA rəhbərliyinin hesabatı dinləniləcək, sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Nizamnaməyə uyğun olaraq, artıq assosiasiya prezidentliyinə və İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin irəli sürülməsi vaxtı başa çatıb. Qeyd olunub ki, AFFA-nın Nizamnaməsinin 35-ci maddəsinə əsasən prezident, vitse-prezidentlər və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti 4 ildir. AFFA prezidentinin və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti bu il başa çatır.
Qeyd etmək istərdim ki, AFFA prezidentinin seçilməsi AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin, İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi isə AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
Prezidentliyə namizəd ən azı AFFA-nın bir üzvü, İcraiyyə Komitəsinə hər bir namizəd isə yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. Prezident öz namizədliyini irəli sürmək hüququna malikdir. Namizədlərin siyahısı artıq AFFA-nın baş katibliyinə göndərilib.
AFFA prezidentliyinə namizəd
1. Rövnəq Abdullayev – namizədliyini özü irəli sürüb
İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər
1. Rauf Əliyev – «Neftçi» PFK tərəfindən
2. Hafiz Məmmədov – «Bakı» FK tərəfindən
3. Ələkbər Məmmədov – «İnter» PİK tərəfindən
4. Kazbek Tuayev – AZAL FK tərəfindən
5. Cahangir Hacıyev – Bakı Futbol Federasiyası tərəfindən
6. Elmar Qasımov – Futbol Veteranları İttifaqı tərəfindən
7. Mahir Məmmədov – Çimərlik Futbol Federasiyas tərəfindən
8. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
9. Elşad Nəsirov – Futbolsevərlər Birliyi tərəfindən
10. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |