Qurban Qurbanov: "Yeni transfer gələn oyun bizimlə olacaq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında qarşılaşma barədə danışıb.
Stadium.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis bu matçda futbolçularının nə lazımdırsa edəcəklərinə inandığını bildirib:
"Bu oyun da vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Mərhələ bir oyundan ibarətdir. Yaxşı komandaya qarşı oynayacağıq. Hər iki komandanın yaxşı heyəti və böyük təcrübəsi var. Daha əvvəl iki dəfə qarşılaşmışıq. Amma buna fikir vermirik. Çətin oyun olacaq. Meydançaya gəldikdə, hər gün ot örtüyü ilə maraqlanırdım. Sabah daha yaxşı olacaq".
Təcrübəli baş məşqçi mərakeş əsilli fransalı oyunçu Abdullah Zubir barədə də danışıb: "Onun faydalı iş əmsalı meydanda çoxdur. Futbolçulardan əvvəlki performansı tələb edə bilmərik. Oyundan-oyuna daha yaxşı Zubir görəcəyik. Həm psixoloji, həm də fiziki hazırlıq bir-birini tamamlamalıdır. Bunlardan biri olmadıqda problem yaşanır".
Qurbanov ötən mövsümün sonu karyerasını başa vuran Rəşad Sadıqovla yeni müdafiəçi Kevin Medinanı müqayisə edib:
"Rəşadın meydanda yoxluğunu tək "Qarabağ" deyil, Azərbaycan futbolu hiss edir. İstərdik ki, onun kimi lider komandamızda olsun. Bunu hamı arzulayır. Dünya praktikasında da belə bir şey var. Onun meydanda olması böyük bir kömək idi. Yoxluğunu hiss edirik. Medina ilə Rəşad fərqli oyunçulardır. Hərəsinin öz üslubu var. Amma Kevindən də başqa cür faydalanırıq. Tam uyğunlaşmayıb, lakin komandaya güc qatır".
Mütəxəssis Mahir Emrelidən tam razı olduğunu söyləyib: "Onun inkişaf edən dövrüdür. Son vaxtlar daha peşəkar olub. Belə davam etsə, daha yaxşı Mahir görəcəyik. Bu, onun borcudur. Ndlovu da yeni gələndə tənqid olunurdu, amma sonradan faydası dəydi. Mahir əvvəl gənc idi, təcrübəsi çatmırdı. İndi ondan daha çox şey gözləyirik. Amma bir mövqedə 2-3 futbolçu olarsa, daha yaxşı olar. Musa Qurbanlı barədə fikir bildirməsəm, daha yaxşı olar. Bu barədə danışmaq tezdir. Qapıda ya Emil, ya da Şahruddin olacaq".
Baş məşqçi yeni transferlə bağlı işlərin müsbətə doğru getdiyini sözlərinə əlavə edib: "Bu oyuna çatmayacaq, amma növbəti matçda heyətimizdə ola bilər. Yeni transferimiz yarımmüdafiə mövqeyində çıxış edir".
Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |