"Zirə"ylə "Səbail" arasında 12-ci qarşılaşma

10.09.2020 | 4573 dəfə oxunub

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında II turun oyunları keçiriləcək.

Stadium.Az xəbər verir ki, “Zirə” mövsümdə ikinci qarşılaşmasında “Səbail”lə görüşəcək. İlk turda səfərdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “qartallar” yenə rəqib meydanında qüvvəsini sınayacaq.

“ASCO Arena”da baş tutacaq oyun komandaların ölkə çempionatında 12-ci dueli olacaq. “Zirə” Premyer Liqada 11 dəfə “Səbail”lə üz-üzə gəlib. Paytaxt klubları ilk dəfə 2017/18 mövsümündə görüşüb. Hesabında 6 qələbə olan “qartallar” 2 görüşdən bir xalla ayrılıb. 3 matçda isə “Səbail” qalib gəlib. Son iki qarşılaşmada inamlı qələbələr qazanan qəsəbə təmsilçisi top fərqində də üstünlüyə malikdir – 15:7. “Qartallar”ın heyətində 13 futbolçu qol sevinci yaşayıb.

“Zirə”nin üstünlüyü səfər oyunlarında da müşahidə olunur. Baş tutan 6 matçda 4 dəfə üç xala sevinən “qartallar” səfərdən iki dəfə məğlub ayrılıb. Aktivində 7 qol olan “Zirə” futbolçuları iki top buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail