Qurban Qurbanov: "Gerye ilə bağlı bir xəbər yoxdur"
"Hamımız futbol üçün darıxmışdıq. Pandemiyaya görə narahatlıq var idi. Şükürlər olsun, xəstəlik azalır".
Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Sabah" 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Qış fasiləsindən sonra öz oyunu istədiyin kimi göstərə bilmirsən. Rəqib ciddi hazırlaşsa da, 3 xal bizim oldu. Futbolçulardan razı qaldım. İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq".
Qurbanov yeni təsis olunan Konfrans Liqası barədə də danışıb: "Avropa Liqası ilə Konfrans Liqası arasında fərq var. Bu turniri də gözləmək lazımdır. Bəlkə, öz fərqliliyi olacaq. Bizim hər zaman məqsədimiz yuxarı pillə olub. Konfrans Liqası büdcəsi az olan klublara təsir edə bilər. Amma hələ mükafat fondu açıqlanmayıb. Lakin Çempionlar Liqası və Avropa Liqasının yeri fərqlidir".
Baş məşqçinin sözlərinə görə, qışda transfer etmək çox çətindir: "Passiv görünə bilərik, amma oyunçu tapmaq asan deyil. Bu gün heyətimizdə problemlər var idi. Biz özümüz də transfer etmək istəyirik. İndi olmasa da, yayda ola bilər".
Təcrübəli mütəxəssis Bakıdakı təlim-məşq toplanışını da dəyərləndirib: "Bakıda toplanış keçmək hazırlığa ciddi təsir etmədi. Çünki vaxtımız az idi. Toplanışdan razı qaldım".
Baş məşqçi "Qarabağ"ın Mətbuat katibi Nurlan İbrahimovun istefasından da söz açıb: "Mənim üçün Nurlan haqqında danışmaq çox ağırdır. Sadəcə, heyfslənirəm ki, belə sərt qərar oldu. Klub olaraq ondan məmnun idik. Hamımız üzüldük. Başqa yolu yox idi. Həmişə bizim qəlbimizdədir. Nurlan bundan sonra da qarabağlıların ürəyində olacaq".
Qurbanov sabiq mətbuat xidməti ilə bağlı sərt qərarın UEFA-da olan nüfuzumuza təsirindən də danışıb: “Məni də sildirmək istəyirsiniz? (gülür). Ümumiyyətlə, həddən artıq az danışmalıyıq. Bəzi qərarlara görə onları qınaya bilmərik. Çünki əvvəlcədən federasiyalara xəbərdarlıq olur. Hamı ilə mübarizə apara bilərik. Amma həm vaxtımızı aparar, həm də nüfuzumuzu salar. 4-5 element var ki, daim ehtiyatlı olmalıyıq. "İnter"lə oyuna görə nə qədər vaxt itirdik, müzakirələr getdi. Elə məsələlər var ki, o səhvləri etməməliyik. Düzgün, ağıllı formada mübarizə aparmalıyıq ki, bizə qarşı əks fikir olmasın. Görsünlər ki, mədəniyyətimizi qoruyub saxlayırıq. Nurlan bəlkə bundan sonra daha nüfuzlu yerdə olacaq”.
Qurbanov bu gün "Zirə"nin heyətində qol vuran oğlu Musa Qurbanlının çıxışına da toxunub: "İstənilən futbolçu ilə yollarımızı ayıranda peşman olmuram. Bəzi legionerlər burada oynaya bilməyib, amma başqa yerdə 10-15 qol vurur. Musanın getməsi son anda oldu. Rəşad Sadıqov istədi, biz də göndərdik".
Mütəxəssis Donald Geryeyə təklif gəlmədiyini söyləyib: "Mahir Emreliyə görə Polşa klubundan təklif gəlib. Amma burada hər kəsin fikri önəmlidir. Gerye gəlib ki, getsin də? (gülür). Gerye ilə bağlı bir xəbər yoxdur. O, hələ İstanbuldadır".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |