Aftandil Hacıyev əzmkar qələbədən danışıb
"Bilirdik ki, bizi qarşıda ağır qrafik gözləyir. 3 gün öncə "Neftçi" ilə oynamışdıq. Bu səbəbdən heyətimizdə böyük dəyişiklik etdik. Daha az oynayan futbolçulara şans verdik".
Stadium.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində 1-ci divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis rəqibi layiqli oyun münasibətilə təbrik edib: "Yüksək liqada bölgə klubları az olsa da, futbolun inkişafı sevindirici haldır. Onlar hər an elitada oynamağa hazır olduqlarını nümayiş etdirirlər. Rəqib aşağı dəstənin ən mübariz komandalarından biridir. Oyunun sonunadək bizə çətin anlar yaşatdılar. Hətta ilk hissədə hesabda önə keçməyi də bacardılar. Amma ikinci yarıda bəzi təcrübəli oyunçularımızı meydana daxil etdikdən sonra daha çox hücum etməyi bacardıq və istədiyimiz qolları vura bildik. Ağır oyun oldu. Amma rotasiyaya əl atmağa məcbur idik".
Hacıyev bu gün uduzmadıqları üçün sevincli olduğunu söyləyib: "Komandamı təbrik edirəm. Geridönüş etmək bizi sevindirdi. Bütün dünyada belə oyunlar olur. Hətta məşhur komandalar aşağı dəstə təmsilçilərinə uduzurlar. Almaniyanın "Bavariya" klubunu buna misal çəkmək olar. Amma şükürlər olsun ki, bu gün biz məğlub olmadıq".
Yanvarın 28-də Premyer Liqanın 5-ci turundan təxirə salınmış görüşdə "Qarabağ"la qarşılaşacaqlarını xatırladan Hacıyev həmin matçda əsas heyət üzvlərinə şans verəcəyini söyləyib: "Növbəti oyunlara hazırlaşacağıq. Kubokda da yolumuza davam edirik. "Qarabağ"dan sonra bütün fikrimizi yenidən kubok matçına yönəldəcəyik".
"Zaqatala" klubunun baş məşqçisi Rüstəm Məmmədov isə bildirib ki, Aftandil Hacıyevin ikinci hissədəki əvəzetmələri oyunun nəticəsini həll etdi: "Rəqibi təbrik edirik. Gələcək oyunlarda rəqibə uğurlar arzu edirik. İlk hissədə hesabda önə keçsək də, ikinci yarıda "Səbail"in heyətində təcrübəli futbolçuların meydana çıxması qələbədə həlledici rol oynadı". (Report)
Qeyd edək ki, "Səbail" ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qarşılaşacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |