Futzal Federasiyasından və millidən “Neftçi İSM”ə qarşı böyük ayrıseçkilik
Azərbaycan futzalı son dönəmlər “Araz” klubunun liderliyi – təkhakimiyyətliyi altında keçməkdə idi. Deyəsən, “Araz”ın bu hegamonluğuna “Neftçi İSM” klubu son qoyacaq. Sadıq Sadıqovun “Neftçi” klubuna prezident təyin olunmasından sonra təkcə böyük futbolda olan komanda yox, həm də futzal klubu öz sözünü deməkdədir. Bunun məntiqi nəticəsidir ki, “Neftçi İSM” son zamanlar “Araz”dan daha yaxşı çıxış etməyə başlayıb. Boş yerə deyil ki, bu komandalar arasında keçirilən son 6 oyunda “Araz” rəqibinə üstün gələ bilməyib. Elə buna görə də, Azərbaycan Futzal Federasiyasına başçılıq edən “Araz” rəhbərliyində “Neftçi İSM”ə qarşı açıq şəkildə qısqanclıq kökm sürür.
Hazırda çempionarda lider olan və heç bir
legionerin xidmətindən yararlanmayan, əvəzində isə yerli gənclərə üstünlük verən
“Neftçi İSM” klubunun futbolçuları
milliyə cəlb olunmur. Heyətə dəvət olunan Rüfət Balakişiyev və Elvin Quliyevə isə oynamaq şansı verilmir.
Aldığımız məlimata görə, Futzal Federasiyasının belə
addım atması – yəni “Neftçi İSM”li futbolçuları milliyə çağırmaması bu
komandanın futbolçularında hiddət yaradıb. Elə buna görə də, “Neftçi İSM”li
futbolçular son “Araz” oyunundan qabaq paltardəyişmə otağında aralarında kişi
sözü veriblər ki, canlarını qoyub rəqibi udaraq onlara sübüt edəcəklər ki,
milliyə layiq oyunçulardı. Futbolçular aralarındakı sözü tutaraq “Araz”ı məğlub
etməyi bacarıblar. Bundan sonra isə Futzal Federasiyası tərəfinfən “Neftçi İSM”ə
qarşı qısqanclıq daha da artıb.
Oxucu üçün bir haşiəyə çıxaq. Futzal millsinin son
Xorvatiya səfərində millinin üzvü braziliyalı üzvlərindən birinin doğum günü
böyük təm-taraqla qeyd olunub. Amma “Neftçi İSM”dən milliyə çağrılan İlkin
Hacıyevin övladının olma xəbəri milli rəhbərliyini mənəvi baxımdan heç qayğılandırmayıb
da. Yəni milli futbolçunu heç təbrik edən də olmayıb.
Amma həqiqətən də, millini heyətni qurarkən yerli
futzalçılara qarşı haqsızlıq olur. İş ondadır ki, hazırda heç bir klubu olmayan Serjio milliyə
dəvət alır, amma çempionatın lideri “Neftçi İSM”in oyunçularına yad münasibət
göstərilir. Niyə? Bu suala millinin baş məşqçisi, ya da onu oyuncaq kimi idarə
edən özündən böyük rəhbəri cavab verə bilər.
Futzal millisi barədə daha bir maraqlı məlumat əldə
etmişik. Aldığımız məlumata görə, futbolu belə yaddan çıxaran Zeynal Zeynalov futzal
millisinin yeni heyətinə dəvət olunub. Bu barədə Zeynala Futzal
Federasiyasından məlumat verilib.
Bizə verlən daha bir maraqlı məlumatda bildirilir ki, millinin baş məşqçisi Joze Alesio da Silvanın yerli futzalçılardan xoşu gəlmir. Bu səbəbdən də milliyə əcnəbiləri dəvət edir. Dəvət etdiyi yerliləri isə xüsusi tapşırıqla – məcburiyyət qarşısında qalaraq heyətə qatır. Qısası, Berti Foqtsun böyüf futbolda Azərbaycan millisinin başına açdığı “min bir oyunu” Joze Alesio da Silva futzalda təkrarlamaqdadır. Bütün bunlar isə heç şübhəszi ki, Futzal Federasiyasını prezidenti Zaur Axundovun işinə kölgə salır. Gərək Axundov da elə işləsin ki, işinə kölgə düşməsin. Necə də olmasa, kölgədə uzun ömür sürmək mümkün deyil.
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |