Verpakovski: "Belə futbol azarkeşlərə də maraqsızdır"
"Bakı" futbol klubunun uşaq və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalı ənənəvi müsahibələr silsiləsindən növbəti yazısını təqdim edir. "Kumir" rubrikasının bugünkü qonağı "Bakı" və Latviya milli komandasının hücumçusu Maris Verpakovski olub.
- Maris, ilk öncə uşaqlıq illərindən danışardın...
- Latviyanın Baltik dənizi sahillərində yerləşən kiçik Liepaja şəhərində anadan olmuşam. Şəhərimizin bir yanı dəniz, digər tərəfi isə Liepaja gölü ilə əhatə olunub. Anam mağazada satıcı, atam isə futbolçu olub. O, 1980-cı illərdə II liqada çıxış edən yerli “Zveynieks” klubunda oynayırdı. Dövrün ən məşhur futbolçularından biri idi. Şəhərimizdə onu hamı tanıyırdı. Xatirəmdədir ki, 1991-cı ildə o, Latviyanın milli komandasına də çağrılırdı. Bir sözlə, uşaqlığım futbolla bağlı olub. 4-5 yaşımdan məhəllə uşaqları ilə evimizin qarşısında futbol oynardıq. Mən çox kiçik olsam da, saatlarla həyətdə futbol oynamaqdan yorulmazdım. Tez-tez atamın yanında məşqlərə, oyunlara gedirdim. Elə futbola da ilk dəfə atamın rəhbərliyi altında başlamışam.
- Uşaqlığınızla bağlı hansı maraqlı xatirəni oxucularla bölüşmək istərdin?
- Bir dəfə atama baxmaq üçün stadiona getmişdim. Onlar oyunu qapalı meydançada keçirirdi. Mənsə balaca uşaqlarla birgə meydandan çıxan topları futbolçulara verirdim. Qapının arxasında dayanmışdım. Birdən atam topa elə bir zərbə vurdu ki, top qapıya doğru deyil düz mənim qoluma istiqamətləndi. Əvvəlcə ağrı hiss etməsəm də sonra bildik ki, zərbədən qolum sınıb. Belə bir uğursuz təsadüfü, atamla həmişə təbəssümlə xatırlayırıq.
- Belə başa düşdüm ki, atan həyatında müstəsna rol oynayıb?
- Qazandığım hər bir uğura görə ona borcluyam. Həmişə onunla məsləhətləşirəm. Elə “Bakı”ya keçəndə də ilk olaraq onunla götür-qoy etdim. O, yerli komandanın kapitanı idi. Hücumameylli yarımmüdafiəçi kimi uzun müddət 10 nömrəni geyinib. Əlbəttə, futbolu seçməyimdə rolu olsa da, o, məni buna heç vaxt məcbur etməyib.
- 2004-cü ildə Latviya futbolu tarixində sensasiya baş verdi. Sənin çıxış etdiyin komanda qrupda İsveç, Polşa və Macarıstan kimi güclü rəqibləri qabaqlayıb, "play-off"da dünya üçüncüsü Türkiyəni məğlub etməklə Avro-2004-ə yollandı. Həmin uğuru necə xatırlayırsan?
- Final mərhələsinə çıxmaq bizim üçün fantastik bir uğur idi. Millinin heyətində uzun illər “Skonto”da birgə oynadığım futbolçular cəmləşmişdi. Aramızda ulduz olmasa da, Aleksandr Starkovun rəhbərliyi ilə əla komandamız vardı. Həmin il Latviyada hamı futboldan danışırdı. 2003-cü il üçün ölkəmdə Latviyanı Avropada layiqincə təmsil etdiyimə görə məni “İlin adamı” seçdilər. O vaxt biz Avropa birliyinin üzvü seçilmək istəyirdik. Mənin uğurlarım yerinə düşürdü.
- Avro-2004-dən sonra siz Avropa səviyyəli ulduza çevrildin...
- Çempionatdan sonra mənə çoxlu təkliflər gəlməyə başladı. “Bavariya”, “Arsenal” kimi nəhənglər maraqlansa da, rəsmi olaraq Yunanıstanın “Olimpiyakos”, Rusiyanın “Krılya Sovetov” və Ukraynanın “Dinamo” klubları mənə təklif göndərdi. Elə alındı ki, “Dinamo”nu seçdim. Çünki bu klubun prezidenti cənab Surkis mənimlə şəxsən əlaqə saxladı və fikrində ciddi olduğunu bildirdi. Arxamca təyyarə də göndərmişdi.
- Sənin kimi futbolçuların ölkəmizə gəlişi hər şeydən öncə gənclərimiz üçün faydalıdır. Təcrübəli futbolçu kimi, futbolçu olmaq istəyən yeniyetmə və gənclərə hansı məsləhətlərin var?
- Azərbaycanda futbolun inkişafı yeni başlayıb. Klubların maddi imkanın olması, təcrübəli futbolçuların çempionatınıza dəvəti yaxşı haldır. Futbolçuların özünü yaxşı hiss etməsi üçün azarkeşlər meydanlara gəlməli, stadionlar inşa edilməlidir. İnsanlar rahat şəkildə ora daxil olaraq maraqlı istirahət edə bilməli, futbolçular isə keyfiyyətli ot örtüyündə bacardıqlarını nümayiş etdirməlidirlər. Keyfiyyətsiz meydançalarda kimi istəsəniz, dəvət edin, heç bir nəticə olmayacaq. Belə futbol azarkeşlərə də maraqsızdır. İnanıram ki, Azərbaycanda ildən ilə yeni stadionlar tikiləcək və futbol inkişaf edəcək. Belədə, atmosfer də başqa cür olacaq.
Uşaqlara əsas məsləhətim odur ki, onlar öz arzularının arxasınca getsinlər, heç vaxt ruhdan düşməsinlər. Futbol əla peşədir. Bununla, onlar həm əylənə, həm də pul qazanıb ailələrinə kömək edə bilərlər. Amma yaxşı futbolçu olmaq asan deyil. Bunun üçün çox sınaqlardan keçmək lazımdır. Bir sözlə, arzularınıza doğru gedin.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |