"XL"dan rəsmi açıqlama: Cüneyt Biçer getdi, Yunis Hüseynov gəldi
“Xəzər Lənkəran” klubu yeni baş məşqçi ilə anlaşıb.
Stadium.az klubun rəsmi saytına isitənadən xəbər verir ki, bu vəzifəyə ölkəmizin əfsanəvi futbolçusu və təcrübəli PRO kateqoriyalı mütəxəssis Yunis Hüseynov təyin olunub. Onunla bu gün “Xəzər Lənkəran”nın ofisində 2 illik müqavilə imzalanıb.
Yunis Hüseynov 1965-ci ildə Gəncədə anadan olub. O, futbolçu karyerasını yerli “Kəpəz”də başlayıb, daha sonra 1984-cü ildən Bakının “Neftçi” klubunda çıxış edib. Bununla birgə 1993-1998-ci illərdə Azərbaycan milli yığmasının da üzvü olub. 1998-ci ildə o, yenidən “Kəpəz” klubuna keçib və bu komanda ilə Çempionlar Liqasının təsnifat mərhələsində və Avrokubokda oynayıb.
Yunis Hüseynov hücumçu mövqeyində oynayıb və futbolçu karyerası ərzində 2 dəfə (1994 və 1998 illərdə) ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülüb. O, “Neftçi”nin heyətində 1992 və 1996-cı illərdə ölkə çempionu, 1997-ci ildə gümüş, 1995 və 1999-cu illərdə isə bürünc mükafatçısı titullarının sahibidir. Həmçinin Hüseynov 1995, 1996 və 1999-cu illərdə Azərbaycan Kubokunun qalibi olub.
Futbolçu karyerası ərzində Hüseynov 66 dəfə rəqib qapısına yol tapıb, onun adı Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirlər siyahısında 23-cü yerdədir.
Yunis Hüseynov məşqçi karyerasına Yevlaxın “Karvan” klubunda başlayıb. Məhz onun rəhbərliyi altında adıçəkilən komanda 2004/05 və 2005/06 mövsümlarında Azərbaycan çempionatının bürünc və gümüş mükafatçısı olub. 2006-cı ildə Avrokuboklara vəsiqə qazanan “Karvan” hətta Slovakiyanın “Spartak” (Tırnava) komandasına qalib gələrək mərhələ adlayıb.
2007-ci ildə Yunis Hüseynov Bakının “Standard” klubunun sükanı arxasına keçib, ancaq birazdan yenidən “Karvan”a dönüb və bu klubdan 2008/09 mövsümün axırında ayrılıb. Həmin vaxtdan heç yerdə rəsmi işləməyib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |