"Sabah"ın yeni transferi: "Ümid edirəm ki, böyük uğurlar qazanacağıq"
"Sabah"ın yeni transferi Sofian Çakla klubun mətbuat xidmətinə videomüsahibə verib.
Mərakeşli futbolçu komandaya gəlişindən və "Sabah"dakı məqsədlərindən söhbət açıb: "Burada olmaqdan xoşbəxtəm. Ümid edirəm ki, birlikdə böyük uğurlar qazanacağıq. İlkin təəssüratlarım xoşdur. Ailə kimiyik. Bir-birimizə daim dəstək oluruq. Vahid məqsədimiz var. O da çox yaxşı mövsüm keçirərək, hədəflərimizə çatmaqdır. Yüksələn qrafikdə davam edirik. İlk yoldaşlıq oyunumuzu bir, ikinci yoldaşlıq matçımızı isə komanda ilə iki həftəlik təlim-məşq toplanışından sonra keçirdik. Tədricən irəliləyirik. Bu da bizim əsas hədəfimizdir. Hər gün bir az daha çox artırmalıyıq. Rəsmi oyunlar başladıqca, ən yüksək formada olmalıyıq".
O, "Qəbələ"yə qarşı keçirilmiş (2:2) yoldaşlıq görüşündə qol vurmasından da danışıb: "İşim müdafiə olunmaqdır. Əsas məqsəd qapımızın toxunulmazlığını təmin etməkdir. Hansısa standart vəziyyətdən qol vuraraq komandama kömək edə bilirimsə, bu, mənim üçün çox xoşdur. Allah qoysa, davamı gələcək. Amma əsas olan komandanın uğurudur".
Sonda isə legioner müdafiəçi avrokuboklarda çıxış edəcək komandasının istəklərini şərh edib: "Konfrans Liqası çox maraqlı turnirdir. Burada çox yaxşı hazırlıqlı komandalar çıxış edir. Turnirə yüksək səviyyədə hazırlaşıb, əlimizdən gələni edəcəyik ki, mümkün qədər çox irəliləyək. Azarkeşlərimizə demək istəyərdim ki, daim bizimlə olsunlar, avrokubok oyunlarından bizimlə birlikdə həzz alsınlar".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |