"Mən imkan vermərəm ki, kimsə oğlumun həyatını məhv etsin"
Həftənin əvvəlində Serbiyanın “Srvena Zvezda” klubunun rəhbərliyi 19 yaşlı futbolçusu Marko Qruyiçin 7 milyon müqabilində “Liverpul”a transferində razılıq əldə olunduğunu açıqladı. Ancaq anlaşmaya əsasən, gənc xavbek cari mövsümü hazırkı komandasında başa vurmalıdır.
Stadium.az xəbər verir ki, Markonun atası Qoran Qruyiç bu “izdivac”a qarşı çıxıb. Söhbət heç də atasının oğluna qarşı çıxmasından getmir. Ata Qruyiç “Srvena Zvezda”nın maliyyə problemlərini məhz oğlunun transferi sayəsində həll etməsindən narazıdır:
“Mən imkan vermərəm ki, kimsə oğlumun həyatını məhv etsin. Klubda işləyənlər pulsuz qalıb. İndi də vəziyyətdən çıxış yolunu oğlumun satılmasında görürlər. Ona güclü təzyiq göstərirlər. Az qala gündə 10 dəfə zəng edirlər və “Liverpul”la müqaviləyə qol çəkməsi üçün dilə tuturlar. Paltardəyişmə otağında da oğluma təzyiqlər var. Oyundaşları hesab edir ki, məhz Markonun satışından sonra klubdan borclarını ala biləcəklər. Mən də Markonun pasportunu özümdə saxlayıram. Buradan da elan edirəm ki, oğlum heç yerə getməyəcək. O, yeniyetmələr arasında dünya çempionudur və hazırda “Srvena Zvezda”yla ölkə çempionluğuna doğru addımlayır. Aydın məsələdir ki, gələn il onun qiyməti bir az da artacaq. Bəzi insanlar onu satmağa tələsir. Düzdür, baş məşqçi Miodraq Bojoviçin oğluma hörmət etdiyini bilirəm. Nə üçün oğlumu “Liverpul”da görmək istəmirəm? Çünki bizim gənc futbolçularımız orada möhkəmlənə bilmirlər: Corcoviç, Velkoviç, Toşiç, Markoviç, Pantiç... Yenə sayım? İvanoviç və Vidiçin taleyi başqa mövzudur. Onlar İngiltərə Premyer Liqasına xeyli təcrübə topladıqdan sonra gəliblər. Mən oğluma bələdəm. Onun İngiltərədə oynamaq gücündə olduğunu da bilirəm. Ancaq hazırda Premyer Liqa onluq deyil”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |