Xabi Alonso: "Liverpool"dan "Real"a getmək çox çətin idi"
Vaxtilə "Liverpool" və "Real Madrid" kimi komandaların şərəfini qoruyan Xabi Alonso karyerası haqqında maraqlı açıqlamaları ilə gündəmə gəlib. Stadium.az xəbər verir ki, hazırda "Bayern Munich"in şərəfini qoruyan 34 yaşlı futbolçu Rafael Benitezlə münasibətlərindən danışıb: "Liverpool"da çıxış edərkən baş məşqçi Rafa Benitez mənə gələcək planlarında olmadığını və komandanı tərk etməli olduğumu söylədi. 2008-ci ildə "Juventus" məni transfer etmək istəsə də, klublar anlaşa bilmədilər və mən "Liverpool"da qaldım. Növbəti mövsüm Benitezə komandadan ayrılmaq istədiyimi söyləyəndə o, bunun əleyhinə oldu. Təəccübləndim, amma "Liverpool"u tərk etmək istəmirdim. Benitezlə anlaşa bilməyincə "Real Madrid"ə transfer oldum. Bu, karyeramda verdiyim ən çətin qərar idi. Rafa ilə münasibətimiz yaxşı deyildi, amma heç kəs bu mövzuda onu günahlandırmadı.
Daha sonra sözlərinə belə davam edən ispan yarımmüdafiəçi "Liverpool"la ölkə çempionu ola bilməməsinə də toxunub: "Karyerama baxanda yaşadığım yeganə peşmançılıq hissi "Liverpool"la İngiltərə çempionu ola bilməməyim idi. Liverpulda çempionluğu hər şeydən çox istəyən, arzulayan insanlar tanıyırdım. Bir çempionluğun şəhərdə necə qeyd olunacağını heç vaxt bilməyəcəm. Lakin İstanbuldan kubokla qayıtdıqdan sonra şəhərdə hamı bunu çılğın şəkildə qeyd etməsinin şahidi olduğumu söyləməliyəm".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |