Ayxan Abbasov istefasının səbəbini açıqlayıb
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov bu gün tutduğu postdan gedib. Stadium.Az xəbər verir ki, gənc mütxəsis "Report"a açıqlamasında qərarını belə şərh edib:
“Zirə"nin uğurunu hamıdan çox istəyənlərdənəm. Bu səbəbdən, istefamı hər kəsin normal qarşılayacağını düşünürəm. Bu klubda həm əvəzedici heyətin baş məşqçisi, həm də əsas komandada köməkçi-məşqçi kimi də işləmişəm və inkişaf üçün bacardığımdan artığını etməyə çalışmışam. 37 yaşlı mütəxəssis bildirib ki, “qartallar”ın ötən mövsüm qış fasiləsindən sonra uğursuz çıxışı və avrokubokdan kənarda qalması onun üçün gözlənilməz olub:
“Düzdür, mövsümün sonlarına doğru ardıcıl 3 qələbədən sonra Avropa Liqasına düşmək şansımız vardı. Amma taleyimiz öz əlimizdə deyildi. "Keşlə"nin Azərbaycan Kubokunun finalında "Qəbələ"ni məğlub etməsi ilə biz qitə miqyaslı yarışdan kənarda qaldıq. Ardıcıl ikinci mövsüm Avroliqada iştirakı, klubumuzun inkişafını çox istəyirdik. Çünki yeni klubuq və bu turnirdə iştirak bizim üçün sevindirici idi”.
Abbasov deyib ki, komandanın Azərbaycan Premyer Liqasında yeni mövsümə uğursuz başlaması onu istefa verməyə sövq edib:
“Çempionata pis başlayandan sonra hiss etdim ki, getmək vaxtıdır. Rəhbərliklə görüşdüm. Komandaya yeni nəfəs gəlsə, uğurların olacağına inanıram. Çünki klubun çox yaxşı İdarə Heyəti və futbolçuları var. Kluba uğurlar arzulayıram. Həmişə Zirə-nin azarkeşlərindən biri olacağam”.
Ayxan Abbasov 2016-cı il dekabrın 27-dən "Zirə"nin baş məşqçisi idi. Onun rəhbərliyi altında qəsəbə təmsilçisison iki mövsümdə 4-cü yeri tutub. Cari çempionatda isə bu komanda 2 oyun keçirib və 1 xal qazana bilib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |