"Real" Dani Sebalyosla yollarını ayırmayacaq.
"Kral klubu" onunla müqavilə müddətini artıracaq.
Yeni müqaviləyə əsasən ispaniyalı 2027-ci ilə qədər "Real"a məxsus olacaq.
Başa çatan mövsümdə Sebalyos İspaniya nəhənginin heyətində 46 görüşdə meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.