Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
UEFA qərarları dəyişir - AÇIQLADI
25.03.2014 | 4367 dəfə oxunub
UEFA Çempionlar Liqası və Avropa Liqasının formatında dəyişikliklər ediləcəyini açıqlayıb. Stadium.az xəbər verir ki, 2015-2018-ci illər üçün nəzərdə tutulmuş dəyişikliklər 22 may və 19 sentyabr tarixlərində keçirilən qurumun İdarə Heyətinin toplantısında qəbul olunub. Həmin yeniliklər bundan ibarətdi:
- Avropa Liqasının qalibi həmin mövsüm öz çempionatında aldığı dərəcədən aslı olmayaraq növbəti mövsümdə Çempionlar Liqasına minimum play-off məohələsindən qatıla biləcək. Əgər keçmiş mövsümün Çempionlar Liqasının qalibi öz çempionatında qazandığı nəticəyə əsasən birbaşa turnirin qrup mərhələsinə qatılmaq hüququ qazanıbsa, Avropa Liqasının da qalibi Çempionlar Liqasının qrup mərhələsinə vəisqə əldə edəcək.
- Bir mövsüm əvvəlin Çempionlar Liqasının və ya Avropa Liqasının qaliblərindən biri öz liqalarında qazandıqları nəticəyə əsasən Çempionlar Liqasına qatılmaq haqqı qazanmayıbsa, UEFA-nın ölkələrin reytinq cədvəlinə əsasən Çempionlar Liqasında bir ölkə 5 klubla təmsil olunacaq.
- UEFA-nın reytinq cədvəlində ilk 3 sırada qərarlaşmış ölkələrdən birinin klubları həm Çempionlar Liqası, həm də Avropa Liqasında çempion olubsa və bu komandalar öz çempionatlarında qazandıqları nəticələrə əsasən bir sonrakı mövsüm Çempionlar Liqasına qatılmaq haqqı qazanmayıbsa, həmin ölkədə çempionatı 4-cü sırada bitirmiş və normal şərtlərdə Çempionlar Liqasına qatılmalı olan komanda, bunun əvəzində Avropa Liqasında mübarizə aparacaq.
- Avropa Liqasının qrup mərhələsinə birbaşa qatılacaq komandaların sayı 6-dan 16-ya çıxarılacaq. Bu haqqdan UEFA reytinqində ilk 12 sırada qərarlaşan ölkələrin komandaları yararlana biləcək. İlk 4 pillədə yer tutan ölkələrdən 2 komanda (kubokun qalibi və çempionatın 4-cü və ya 5-cisi), 5-12-ci yerləri tutan ölkələrdən isə 1 komanda (kubok qalibləri) birbaşa Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
- Avropa Liqasına hər ölkədən ən çox 3 komanda qatıla biləcək. UEFA reytinqində 7, 8, 9-cu yerləri tutan və hazırda bu liqaya 4 komanda göndərən ölkələrə 3 vəsiqə veriləcək.
- Ölkə kubokunun qalibi çempionatdan Çempionlar Liqasına vəsiqə qazanıbsa, Avropa Liqasına çempionatdan avrokuboklara vəsiqə qazanmayan ən yaxşı nəticələrə sahib növbəti komanda yollanacaq.
- Avropa Liqasının ticarət hüququ qrup mərhələsindən etibarən Çempionlar Liqasında olduğu kimi mərkəzləşdiriləcək.
Qeyd: Bütün dəyişikliklər 2015/16 mövsümündən qüvvəyə minəcək. Məsələn, 2014/15 mövsümündə Avropa Liqasının qalibi 2015/16 mövsümündə Çempionlar Liqasına qatılacaq. Bu kimi dəyişikliklərin hesabanlması üçün komandaların 2014/15 mövsümündə milli çempionatlarda və ölkə kuboklarındakı nəticələri nəzərə alınacaq.
Avropa Liqasını qazanmış klubun sonrakı mövsüm Çempionlar Liqasında mübarizəyə qrup və play-off mərhələsindən başlaması belə müəyyənləşdiriləcək:
- Çempionlar Liqasının qalibi öz çempionatından bu turnirin birbaşa qrup mərhələsinə vəsiqə qazanıbsa, həmin mövsüm Avropa Liqasının qalibi olmuş komandaya da eyni hüquq veriləcək.
- Çempionlar Liqasının qalibi öz çempionatından bu turnirin play-off mərhələsinə vəsiqə qazanıbsa, həmin mövsüm Avropa Liqasının qalibi olmuş komandaya da eyni hüquq veriləcək.
- Çempionlar Liqasının qalibi öz çempionatından bu turnirin 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıbsa, həmin mövsüm Avropa Liqasının qalibi olmuş komanda Çempionlar Liqasına play-off mərhələsindən qatılacaq və həmin mövsüm üçün UEFA-nın reytinq cədvəli yenidən formalaşdırılacaq. Belədə reytinq cədvəlinin 5-ci pilləsində qərarlaşmış ölkədə çempionatı 3-cü pillədə bitirmiş komanda Çempionlar Liqasına play-off mərhələsindən yox, 3-cü təsnifat mərhələsindən qatılacaq.
- Çempionlar Liqasının qalibinin öz çempionatında qazandığı nəticə növbəti mövsüm bu turnirə qatılması üçün yetərli deyilsə, həmin mövsüm Avropa Liqasının qalibi olmuş komanda Çempionlar Liqasına play-off mərhələsindən qatılacaq və o mövsüm üçün UEFA-nın reytinq cədvəli yenidən formalaşdırılacaq. Bu zaman reytinq cədvəlində 4 və 5-ci yerləri tutan ölkələrin çempionatlarında 3-cü yeri tutmuş komandalar Çempionlar Liqasına play-off mərhələsindən yox, 3-cü təsnifat mərhələsindən qatılacaq.
- Çempionlar Liqasının qalibi UEFA-nın reytinq cədvəlində 13-54-cü yerlər arasında qərarlaşıbsa, Avropa Liqasının qalibi Çempionlar Liqasına play-off mərhələsindən qatılacaq və reytinq cədvəli yenidən formalaşdırılacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |