APOEL Portuqaliyada da sürpriz etdi, "Şaxtyor" "Zenit"lə bacarmadı - YENİLƏNİB
Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Stadium.az xəbər verir ki, turun ilk oyun günündə "A", "B", "C" və "D" qruplarındakı komandalar meydana çıxıblar.
"A" qrupunun lideri "Bayern" səfərdə "Napoli" ilə qarşılaşıb. Matça fəal başlayan almanlar ilk dəqiqələrdə hesabı açıblar. Bundan sonra oyunda tarazlıq yaradan "Napoli" ilk yarının sonlarına qədər bərabərliyi bərpa edib. Matçın sonuna qədər başqa qol olmayıb və tərəflər hərəyə 1 xal qazanıblar. "Mançester Siti" isə ilk dəqiqələrdə hesabda geri düşdüyü oyundan son dəqiqədə vurduğu qolla qalib ayrılmağı bacarıb.
"B" qrupunda isə Rusiyanın MOİK klubu səfərə qrup lideri kimi yollanmış "Trabzonspor"u darmadağın edib. İtaliya A Seriyasında uğursuz çıxış edən "İnter" isə səfərdə "Lill" üzərində çox vacib qələbə qazanıb.
"C" qrupunda "Benfika" səfərdə "Bazel"ə qalib gələrək liderliyi əlində saxlayıb. "Mançester Yunayted" isə penaltilərlə 2 qol vuraraq səfərdə Rumıniyanın "Otelul" klubunu üstələyib.
"D" qrupunda da lider dəyişməyib. Hər zaman "Olimpik"ə qarşı oyunu yaxşı alınmayan "Real" bu dəfə Lion təmsilçisini darmadağın edib. "Ayaks" isə Zaqrebdə "Dinamo"nu iki cavabsız qolla üstələyib.
Digər 4 qrupdakı oyunlar isə bu gecə keçirilib. Gecənin ən maraqlı qarşılaşmalarından biri Almaniyada olub. "Bayer" azarkeşləri qarşısında hesabda geri düşsə də, "Valensiya" üzərində əzmkar qələbə qazanıb. "Çelsi" də doğma meydanda sevinib. Belçikanın "Qent" klubunu darmadağın edən "zadəganlar" azarkeşlərini sevindirib.
Daha bir maraqlı oyun Ukraynada olub. "Şaxtyor" azarkeşləri qarşısında "Zenit"lə qarşılaşıb. Matça ruslar yaxşı başlasa da, hesabı ev sahibi açıb. İlk hissəyə qədər qapısında qol görən "Şaxtyor" fasiləyədək rəqib qapısından daha bir qol keçirib. Rusiya klubu isə ikinci hissədə məğlubiyyətdən yaxa qurtara bilib.
Gözlənilməz hesablardan biri Portuqaliyada qeydə alınıb. Qrup matçları başlamamış autsayder kimi qiymətləndirilən, lakin daha sonra "Zenit"ə qalib gəlib, "Şaxtyor"dan səfərdə xal qoparan APOEL Portuqaliyada da sürprizə imza atıb. "Portu" ilə qarşılaşan Kipr klubu hesabda geri düşsə də, bərabərlik qolunu vurub və matçın sonuna qədər qapısını toxunulmaz saxlayaraq vacib 1 xal qazanıb liderliyini davam etdirib.
"Arsenal" isə səfərdə Marsel "Olimpik"ini son saniyələrdə vurulan qolla üstələyib. "Olimpiakos" doğma meydanda "Borussiya"nı 3 qolla üstələyib.
"Milan" və "Barselona" doğma divarlar arasında müvafiq olaraq BATE və "Viktoriya"nı 2 cavabsız qolla üstələyib.
A qrupu
“Napoli” (İtaliya) – “Bayern” (Almaniya) - 1:1
Qollar: Kroos, 2 (0:1), Badştuber, 39-avtoqol (1:1)
“Mançester Siti” (İngiltərə) – “Vilyarreal” (İspaniya) - 2:1
Qollar: Kani, 4 (0:1), Marçena, 43-avtoqol (1:1), Aquero, 90 (2:1)
Sıra Komanda O Q H M T-F Xal 1 Bayern 3 2 1 0 5-1 7 2 Napoli 3 1 2 0 4-2 5 3 Mançester Siti 3 1 1 1 3-4 4 4 Vilyarreal 3 0 0 3 1-6 0
B qrupu
MOİK (Moskva, Rusiya) – “Trabzonspor” (Türkiyə) - 3:0
Qollar: Dumbia, 29 (1:0), 86 (3:0), Kauna, 76 (2:0)
“Lill” (Fransa) – “İnter” (İtaliya) - 0:1
Qol: Pazzini, 21 (0:1)
Sıra Komanda O Q H M T-F Xal 1 İnter 3 2 0 1 4-3 6 2 MOİK 3 1 1 1 7-5 4 3 Trabzonspor 3 1 1 1 2-4 4 4 Lill 3 0 2 1 3-4 2
C qrupu
“Otelul” (Rumıniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2
Qollar: Runi, 64-pen (0:1), 90-pen (0:2)
“Bazel” (İsveçrə) – “Benfika” (Portuqaliya) - 0:2
Qollar: Sezar, 20 (0:1), Kardozo, 75 (0:2)
Sıra Komanda O Q H M T-F Xal 1 Benfika 3 2 1 0 4-1 7 2 Mançester Yunayted 3 1 2 0 6-4 5 3 Bazel 3 1 1 1 5-6 4 4 Otelul 3 0 0 3 1-5 0
D qrupu
“Real” (İspaniya) – “Olimpik” (Lion, Fransa) - 4:0
Qollar: Benzema, 19 (1:0), Xedira, 48 (2:0), Özil, 55 (3:0), Ramos, 81 (4:0)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Ayaks” (Hollandiya) - 0:2
Qollar: Boerriqter, 49 (0:1), Erikson, 90 (0:2)
Sıra Komanda O Q H M T-F Xal 1 Real 3 3 0 0 8-0 9 2 Ayaks 3 1 1 1 2-3 4 3 Olimpik (Lion) 3 1 1 1 2-4 4 4 Dinamo 3 0 0 3 0-5 0
19 oktyabr
E qrupu
“Bayer” (Almaniya) – “Valensiya” (İspaniya) - 2:1
Qollar: Jonas, 25 (0:1), Schurrle, 52 (1:1) Sam, 56 (2:1)
“Çelsi” (İngiltərə) – “Qenk” (Belçika) - 5:0
Qollar: Meireleş, 8 (1:0), Torres, 11 (2:0), Torres, 27 (3:0), İvanoviç, 42 (4:0), Kalou, 72 (5:0)
Sıra Komanda O Q H M T-F Xal 1 Çelsi 3 2 1 0 8-1 7 2 Bayer 3 2 0 1 4-3 6 3 Valensiya 3 0 2 1 2-3 2 4 Qenk 3 0 1 2 0-7 1
F qrupu
“Olimpik” (Marsel, Fransa) – “Arsenal” (İngiltərə) - 0:1
Qollar: Holebas, 8 (1:0), Levandovski, 26 (1:1) Djebbur , 40 (2:1), Modesto, 79 (3:1)
“Olimpiakos” (Yunanıstan) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qol: Ramsey, 90 (0:1)
Sıra Komanda O Q H M T-F Xal 1 Arsenal 3 2 1 0 4-2 7 2 Marsel 3 2 0 1 4-1 6 3 Olimpiakos 3 1 0 2 4-4 3 4 Borussiya 3 0 1 2 2-7 1
G qrupu
“Şaxtyor” (Ukrayna) – “Zenit" (Rusiya) - 2:2
Qollar: Villian, 15 (1:0), Şirokov, 33 (1:1) Luis Adriano, 45 (2:1), Fayzulin, 60 (2:2)
“Porto” (Portuqaliya) – APOEL (Kipr) - 1:1
Qollar: Hulk, 13 (1:0), Almeida, 19 (1:1)
Sıra Komanda O Q H M T-F Xal 1 APOEL 3 1 2 0 4-3 5 2 Zenit 3 1 1 1 6-5 4 3 Portu 3 1 1 1 4-5 4 4 Şaxtyor 3 0 2 1 4-5 2
H qrupu
“Milan” (İtaliya) – BATE (Belarus) - 2:0
Qollar: Zlatan İbrahimovic, 33 (1:0), Boatenq, 70 (2:0)
“Barselona” (İspaniya) – “Viktoriya” (Çexiya) - 2:0
Qollar: İniesta, 10 (1:0), Vilya, 82 (2:0)
Sıra Komanda O Q H M T-F Xal 1 Barselona 3 2 1 0 9-2 7 2 Milan 3 2 1 0 6-2 7 3 Viktoriya 3 0 1 2 1-5 1 4 BATE 3 0 1 2 1-8 1
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |