İspaniya La Liqa təmsilçisi “Deportivo” baş məşqçisi ilə yollarını ayırıb. Stadium.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, La Koruniya təmsilçisi Viktor Sançes del Amo ilə vidalaşıb.
Buna səbəb komandanın 2015-16 mövsümünü 15-ci pillədə başa vurmasıdı. Komandanın çıxışından məmnun qalmayan rəhbərlik 40 yaşlı mütəxəssisin müqaviləsini ləğv edib.
2015-ci ilin aprel ayında “Deportivo”nun “sükanı” arxasına keçən Viktor Sançes həmin mövsüm komandanı elitanı tərk etməkdən son anda xilas etmişdi.