Sentyabrın 29-da Tbilisidə "Milan" klubunun sabiq futbolçusu Kaxa Kaladzenin təşkilatçılığı ilə xeyriyyə matçı keçirilib.
Stadium.az xəbər verir ki, matçda Kaladzenin keçmiş klub yoldaşları ilə yaxın keçmişin məşhur futbolçuları qarşılaşıb. İştirakçılar arasında Luka Toni, Rivaldo, Andrey Şevçenko, Kafu, Françesko Totti, Ernan Krespo, Kevin Kurani, Alessandro Kostakurta, Xavyer Sanetti və başqaları olub.
Görüş dünya yığması komandasının 6:5 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna bilet satışından əldə olunan bütün vəsait bu yay güclü yanğınlardan zərər çəkmiş Borjomi meşələrinin bərpasına sərf olunacaq.