"Qarabağ" üçün daha çox qazanmaq şansı
2018/19 mövsümündən etibarən UEFA Çempionlar Liqasının mükafat fondunu iki dəfəyə yaxın artıracaq.
Stadium.Az xəbər verir ki, İspaniyanın “Mundo Deportivo” qəzeti yazıb ki, 2.3 milyard avroluq hazırkı büdcə 3.4 milyard avroya çatdırılacaq. UEFA mükafatın bölünməsi zamanı bir neçə yenilik edib. Bunlardan biri odur ki, ilk dəfə olaraq ümumi büdcədən daha 528 milyon avro ayrılaraq ÇL-in qrup mərhələsinin iştirakçıları arasında bölünəcək. Bu pulu UEFA bundan əvvəl qrupda oynamış komandalar arasında onların reytinqinə uyğun bölüşdürəcək. Bu zaman reytinqi yüksək olan “Barselona” və “Real” daha çox qazanacaq.
Azərbaycan çempionuna (indiki halda çempionluq şansı daha çox olan “Qarabağ”a) gəlincə, klubumuz qrupa vəsiqə qazansa, onun qazancı da artacaq. UEFA qrupa vəsiqə qazanan komandaların mükafatını hazırkı 12.7 milyon avrodan 15 milyon avroya çatdırıb.
Avropanın ən ali futbol qurumu 2018/19 üçün büdcəni rəsmən təsdiq etdikdən sonra mükafat ÇL-in iştirakçıları arasında aşağıdakı qaydada bölünəcək:
Qrupa vəsiqə qazandığı üçün: 15 milyon avro (hazırda 12.7 milyon avro)
Qrupda qələbə qazandığı üçün: 2.7 milyon avro (hazırda 1.5 milyon avro)
Qrupda heç-heçə etdiyi üçün: 900 min avro (hazırda 500 min avro)
Qrupdan “pley-off”a çıxdığı üçün: 9.5 milyon avro (hazırda 6 milyon avro)
1/4 finala çıxdığı üçün: 10.5 milyon avro (hazırda 6.5 milyon avro)
1/2 finala çıxdığı üçün: 12 milyon avro (hazırda 7.5 milyon avro)
Finala çıxdığı üçün: 15 milyon avro (hazırda 11 milyon avro)
ÇL-in qalibi olduğu üçün: 19 milyon avro (hazırda 15.5 milyon avro)
Beləliklə, növbəti mövsüm ÇL-in qalibi olacaq komanda təkcə bu yarışdakı uğurlarına görə 100 milyon avrodan artıq pul qazana bilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |