"Hər kəs üçün “Reyncers” imic olaraq daha mediatik, tanınmış ola bilər"
“Bizim üçün hansı komanda ilə qarşılaşmaq önəmli deyil. Bura turu keçmək üçün gəlmişik. Nə lazımdısa, onu da edəcəyik”.
Stadium.Az xəbər verir ki, bu sözləri “Proqres”in baş məşqçisi Paolo Amodio deyib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Lüksemburq təmsilçisinin baş məşqçisi oyundan əvvəl mətbuat konfransı keçirib. Lüksemburqlu mütəxəssis sabahkı oyunla bağlı fikirlərini bölüşüb:
“Olduğumuz yer və yeməkləriniz çox xoşuma gəldi, burda özümüzü çox yaxşı hiss edirik”.
- “Proqres” bura əsas hücumçusu olmadan gəlib. Karapetyan deyib ki, ona Azərbaycana gəlməməyi Mətin məsləhət görüb. Mətin ona elə şey deyib?
- Sualı klubun idman direktoru Tomas Giljeman cavablandırıb: Bu suala birbaşa Mətinin cavab verməyini istəmirəm. Çünki həssas mövzudu. Biz sadəcə siyasi məsələləri qatmamaq və feyr-pley qaydaları baxımından onu bura gətirmədik. Azarkeşləri də çətin vəziyyətdə qoymaq istəmədik.
- Keçən il “Reyncers”lə oynamısız. Bu il isə rəqib “Qəbələ”di. Bu iki komandanı müqayisə edəndə nə düşünürsüz? “Qəbələ” ilə oyununuz da çətin keçəcək, yoxsa işiniz daha asan olacaq?
- Hər kəs üçün “Reyncers” imic olaraq daha mediatik, tanınmış ola bilər. Amma biz bura turu keçmək üçün gəlmişik. Rəqibin fərqi yoxdu.
- Çox əmin şəkildə turu keçməkdən danışırsınız. Bu əminlik hardandı?
- Özümüzdən əmin olmasaq, bura gəlməzdik. Amma “Qəbələ”yə qarşı oynayacağımızı və yaxşı komanda olduğunu bilirik. Yenidən tarix yazmaq istəyiriksə, burda 18 döyüşçü ilə çıxış etməliyik.
- “Qəbələ”nin əvvəlki vaxtı ilə indiki arasında çox fərq var. Baş məşqçi və heyətdə oyunçular dəyişib. Bu haqda məlumatınız var?
Tomas Giljeman: Hər kəsə hərmətlə yanaşırıq, onun üçün hazırlaşırıq. Hazırda rəqibimizin yaxşı oyunçulardan təşkil oldunduğunu və yeni oyunçular aldığını da bilirik. İcarədən qayıdan oyunçuları da tanıyırıq. Bunları sizə deməkdə məqsədim odu ki, rəqibimizi yaxşı tanıyırıq. Onlara hörmət edirik, qarşılaşmanın favoritidilər. Amma 24 saatlıq yolu sadəcə rəqibi izləmək üçün gəlməmişik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |