"Şerif"in baş məşqçisindən iddialı açıqlamalar
Qazanılan qələbəyə görə komandamı təbrik edirəm. Asan oyun olmadı. Belə olacağını əvvəldən bilirdik".
Stadium.az xəbər verir ki, bu sözləri Moldovanın "Şerif" klubunun baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda "Qarabağ"a qalib gəldikləri (1:0) matçdan sonra deyib.
Xorvatiyalı mütəxəssis cavab oyunu üçün komandasının ideal vəziyyətdə olacağına ümid etdiyini bildirib: "Avropa Liqası qarşılaşması, ardınca "Milsami" ilə çempionat oyunu və nəhayət, "Qarabağ"la qarşılaşma. Bütün bunlara tab gətirmək lazım idi. Oyun komponentlərinə gəlincə, bəzi səhvləri nəzərə almasaq, futbolçularım istədiklərimi həyata keçirdilər. Yetərincə gümücümz olsa da, ikinci qolu vura bilmədik və buna görə təəssüf hissi keçirirəm. Topu "Qarabağ"a bilərəkdən vermişdik və ümidlərimizi sürətli əks-hucumlara bağlamışdıq. Bir daha təkrar edirəm, ikinci qolu vurmaq üçün xeyli sayda imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. İndi cavab oyununa hazırlaşacağıq. Düşünürəm ki, komandam bir həftə sonra daha yaxşı vəziyyətdə olacaq. Uşaqlar xarakter nümayiş etdirdilər. Futbolçularımız belə bir güclü rəqiblə oynamaq gücündə olduqlarını sübut etdilər".
39 yaşlı çalışdırıcı "Qarabağ"ın ciddi təhlükəli hücumla yadda qalmadığını sözlərinə əlavə edib: "Bir həftə ərzində "Valyur" və "Milsami" ilə iki oyun keçirmişdik. İslandiyadan evə qayıdarkən, demək olar, bütün gecəni təyyarədə keçirmişdik. Elə "Milsami" ilə oyun da xeyli güc sərf etməyimizə səbəb oldu. Bilirdim ki, "Qarabağ"la oyunda bu üzdən çox çətinliyimiz olacaq. Ancaq futbolçularım sona qədər döyüşdülər və onlara "çox sağ ol" demək istəyirəm. Bu cür rəqiblərlə oyunda ərazi üstünlüyünə sahib olmaq mümkün deyil. Düzdü, topa nəzarət edirdilər, ancaq ciddi qol epizodu yarada bilmirdilər".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |