"Qarabağ" - "Arsenal" - rəqəmlərin gözündə
UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin II turunda keçirləcək “Qarabağ” – “Arsenal” oyunu haqda yazı hazırlayıb.
Stadium.az saytı statistik xarakterli məqaləni təqdim edir:
- “Arsenal”ın Azərbaycana ilk səfəri onları Avropa Liqasının final oyununun keçiriləcəyi məkana – Bakı Olimpiya Stadionuna gətirir. Ardıcıl 2-ci mövsüm Avropa Liqasında çıxış edən “topçular” ilk turda evdə Ukraynanın “Vorskla” klubuna qalib gəldi – 4:2. “Qarabağ” isə Lissabonda “Sportinq”ə 0:2 hesabı ilə məğlub oldu.
Əvvəlki qarşılaşmalar
- “Arsenal” ilk dəfə Azərbaycan klubu ilə üz-üzə gələcək. “Qarabağ” isə daha əvvəl 4 dəfə İngiltərə təmsilçisi ilə qarşılaşıb və bunların hamısında məğlub olub: Avropa Liqasının 2015/16 mövsümündə “Tottenhem”ə (1:3, 0:1), keçən mövsüm isə Çempionlar Liqasında “Çelsi”yə (0:6, 0:4).
“Qarabağ"
- 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldu. Komanda, həmçinin, ardıcıl 5 mövsümdü avrokuboklarda qrup mərhələsində çıxış edir. Azərbaycan təmsilçisi 4 dəfə AL, keçən mövsüm isə ÇL təcrübəsi yaşayıb. Komanda bu dəfə ÇL-in III təsnifat mərhələsində Belarus BATE-sinə ilişsə də, AL-in pley-offunda “Şerif”i (Moldova) mübarizədən kənarlaşdırdı.
- “Qarabağ” heç vaxt avrokuboklarda yaza qədər davam gətirə bilməyib. Komandanın Avropa Liqasındakı ev oyunlarının balansı belədi: 2 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət. Ağdam təmsilçisi qələbələrini 2015/16 mövsümündə “Anderlext” (1:0), bir il sonra isə PAOK (2:0) üzərində qazanıb.
- “Qarabağ” bu mövsüm avrokubokda keçirdiyi 4 matçda yalnız 1 top buraxıb – 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyəti var. Qrup mərhələsində evdə keçirdikləri son matçda “Çelsi”yə 4 cavabsız qolla yenilmişdilər. Bundan başqa, “Qarabağ” evdə “Atletiko” ilə 0:0 oynayıb. Səfərdə bu komanda ilə 1:1-lik heç-heçədən sonra Madrid klubu Avropa Liqasına yollandı, sonda isə turnirin qalibi oldu.
“Arsenal”
- 2017/18 mövsümündə İngiltərədə 6-ci pilləni tutdu. Bu Arsen Vengerin rəhbərliyi altında 22 ildə ən aşağı nəticə idi.
- Çempionlar Liqasındakı 19 ardıcıl mövsümdən sonra “Arsenal” ilk dəfə ötən il Avropa Liqasında oynadı və yarımfinala qədər irəlilədi. Burda isə gələcək çempion “Atletiko” ilə mübarizədən məğlub ayrıldı.
-1999/2000 mövsümünda UEFA Kubokunun 2-cisi olan “topçular” keçən mövsüm 2-ci turda BATE-yə 4:2 qalib gəlib. Komanda heç vaxt turnirin 2-ci turunda məğlub olmayıb – 4 qələbə, 2 heç-heçə.
Əlaqələr:
- “Qarabağ”ın futbolçusu İnnosent Emeqara İsveçrə millisində “Arsenal”lılar – Qranit Caka və Stepan Lixştaynerlə birgə çıxış edib.
- “Arsenal”ın futbolçusu Mesut Özil Almaniya yığmasının Azərbaycanı Bakıda 3:1 hesabı ilə məğlub etdiyi AVRO-2012-nin seçmə mərhələ oyununda qol vurmağı bacarıb.
Baş məşqçilər:
-“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 64 oyunda 12 qolla Azərbaycan millisi tarixinə ən yaxşı bombardirdi. Futbolçu kimi bir neçə klubun formasını geyinən mütəxəssis keçən ay “Qarabağ”ın “sükanı arxası”nda 10-cu ilini tamamladı. Bu müddət ərzində o, 5 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun sahibi, həmçinin avrokuboklarda müntəzəm olaraq qrup mərhələsində iştirak kimi uğurlara nail olub. Keçən mövsüm ölkə daxilində “qızıl dubl” edən Qurbanov Çempionlar Liqasında qrup macərası yaşadı. 2017-ci ilin noyabrından Azərbaycan millisinin də baş məşqçisidi.
- PSJ-də 7 kubok qazandıqdan sonra Unai Emeri mayda Arsen Vengerin uzun illərdi davam edən “Arsenal” karyerasının bitməsi ilə London klubuna baş məşqçi təyin edildi. “Sevilya” ilə 2 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı 4 il “Valensiya”da çalışıb, həmçinin Moskva “Spartak”ına rəhbərlik edib. Avropa Liqasında ən çox qalib olan baş məşqçidi
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |