"Ən hazır futbolçularla gəlmişik" - Emeri
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda sabah “Qarabağ”la qarşılaşacaq “Arsenal” klubunun baş məşqçisi Unai Emeri oyunöncəi mətbuat konfransı keçirib.
Sabahkı oyunla bağlı fikirlərini açıqlayan ispan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bizim üçün hər turnir eynidir. Sabah bizi vacib oyun gözləyir. Nəzərə alsaq ki, biz tez-tez uzun səfərlərə çıxırıq, bu cür oyunlara hazırıq.
- Bəzi oyunçular Bakıya gəlməyib. Onlarına arasında Henrik Mxitaryan da var. Təzyiq altında olacağını düşündüyünüz üçün onu bura gətirmədiniz?
- Xeyr, o, bura gələ bilməzdi. Biz bura mental olaraq ən hazır oyunçularla gəlmişik.
- Mxitaryanın gəlməməsi özünün, yoxsa sizin qərarınız idi? Remzinin Bakıya gətrilməməsi müqavilə ilə bağlıdır, yoxsa o da mental olaraq hazır deyildi?
- Mxitaryan 1 və 2-ci günlər xəstə idi. Ona görə gəlməməyinə qərar verdik. Remzinin isə həyat yoldaşı hamilədir. Qızları dünyaya gələcək. Özü Londonda qalmaq üçün xahiş etdi.
- Peter Çexin zədələnməsindən sonra Bernd Lenonun Premyer Liqa oyunlarında qapını qoruyacağını gözləmək olar. Bu mənada sabahkı matçda 3-cü qapıçı Martinezə şans verə bilərsiniz?
- Avroliqa qrupda ilk yeri tutmaq və qələbə qazanmaq istəyirik. Lenonun oyun praktikası qazanması vacibdir. Ona görə da sabah ona şans vermək istəyirik. Oyuna hələ var. Yekun qərarı oyun günü verəcəyik.
- Sabah “Qarabağ”ın Arsenaldan xal və ya xallar alması sizi təəccübləndirəcəkmi?
- “Qarabağ” “Sportinq”ə qarşı yaxşı oynadı. Keyfiyyətli komandadır. Oyununda müsbət məqamlar çox idi. Ötən mövsüm Çempionlar Liqasının qrupunda “Atletiko” hər iki oyunda “Qarabağ”a qalib gələ bilmədi və turnirlə vidalaşdı. Ancaq biz daha çox öz oyunumuza köklənməli və lazımı nəticəni əldə etməliyik.
- Mxitaryanın Bakıya gətirilməməsinin əsas səbəbi Azərbaycan və Ermənistan arasındakı münaqişədir. Sizin bu haqda məlumatınız varmı?
- Lazım olsa, bir daha bayaqkı cavabı səsləndirə bilərəm. Mənim işim futboldur. Siyasi məsələlərə qarışmıram. Hər bir futbolçuya, ölkəyə, mədəniyyətə hörmət edirəm. Amma mən ölkələr arasındakı vəziyyəti bilmirəm. İstənilən halda Mxitaryan sabah oynaya bilməyəcək.
- Avropa Liqasında finala çıxsanız, Mxitaryan həmin oyun üçün də Bakıya gələ bilməyəcək...
- Finala çıxmaq üçün yolumuz uzundur. Addım-addım irəliləyirik. Hazırda əsas işimiz sabahkı oyunda yaxşı nəticə qazanmaqdır. Hər oyunda meydana qələbə üçün çıxırıq.
- Uzun səfərdən sonra həftəsonu Premyer Liqada “Fulhem”ə qarşı oyununuz var. Matçın vaxtının dəyişdirilməsi ilə müraciət etmək fikriniz varmı?
- Mənim fərqli təcrübələrim var. Komandanı 3 gündən bir keçirilən oyunlara həm psixoloji, həm də fiziki baxımdan köklənmək çətin olur. Məndən olsa, oyunun başqa vaxta keçirilməyini istərdim. Ən azı fiziki bərpa üçün. Amma belə məsələlərə çox da qarışmıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |