Stadium.az xəbər verir ki, "France Football" nəşrinin apardığı sorğuda qalib Fransa millisinin baş məşqçisi Didye Deşam olub.
51 yaşlı mütəxəssis FIFA tərəfindən də ilin baş məşqçisi adına layiq görülmüşdü.
Fransa millisi Deşamın rəhbərliyi altında 2018-ci ildə 20 il sonra dünya çempionu olmuşdu.
Mütəxəssis daha öncə 2003 və 2010-cu illərdə bu mükafatı əldə edib.