Böyükağa Hacıyev: "APOEL-in baş məşqçisi də "Partizan"ınkı kimi yekə-yekə danışırdı, axırda gördük necə oldu" - MÜSAHİBƏ
Sabah keçiriləcək "Partizan" - "Neftçi" oyunundan qabaq bu gün təmsilçimizin baş məşqçisi Böyükağa Hacıyev də KİV nümayəndələrinin önünə çıxdı:
- Bu
illəri "Neftçi" Azərbaycan futbol tarixində öz imzasını atdı və
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu, Azərbaycan futbolu üçün
bir tarixdir. Biz gördüyümüz nəticələrlə kifayətlənməyəcəyik və arzularımız
daha böyükdür. Niyə də "Neftçi" qrupdan çıxmasın? Biz bura Belqrada -
min kilometrlərlə yol gələrək əlimizi uduzaraq uduzmaq fikrimiz yoxdur. Kim
güclüdür, o da qələbə qazansın.
-
"Partizan"ın baş məşqçisi "Neftçi"ni qrupun autsayderi
adlandırmışdı. Heç jurnalistlərin də marağı yoxdu sizin komandaya. Demək olar
ki, onlar sizə yuxarıdan aşağı baxır?
-
Onlar bu haqda belə tez danışmaqla yanılırlar. Mən onların 5 oyununa baxmışam.
Rəqibi çox yaxşıca analiz etmişəm. Onların çox təcrübəli İliç kimi oyunçuları
var. O, Türiyədədə oynayıb. Tomiç, Markoviç kimi də güclü futbolçuları var. Mən
"Partizan"ı "Neftçi"dən yaxşı tanıyıram. Arxı tullanmamış,
hop deməsinlər. APOEL-in baş məşqçisi də "Partizan"ınkı kimi yekə-yekə
danışırdı, axırda gördük necə oldu. Biz həm də yaxşı bilirik ki, rəqibimizdə
maliyyə problemləri var.
- Heyətdə
hər-hansı itkilər varmı?
-
Elvin Yunuszadə cəzalı olduğu üçün oyunu buraxacaq.
- Sabah
meydana hansı nəticə üçün çıxacaqsız?
-
Belqradda oturmuşuqsa, elə bil Bakıda oturmuşuq. Bizim üçün fərqi yoxdur harada
oynayırıq. Mən fəxr edirəm ki, hər şeydən əvvəl azərbaycanlıyam və komandamız
burada qrupdadır. Nə zaman görmüsüz ki, mən müdafiə futbolu oynadım? Mən həmişə
rəqibə açıq futbol təklif etmişəm, ya ud, ya da uduz. Sabah da rəqibə açıq
futbol təklif edəcəm. Hər şeydən əvvəl Serbiya azarkeşləri bu oyundan ləzzət
alacaqlar. Sabahkı oyunla uzun müddət burada yaddaşlarda qalmaq istəyirik.
-
Elvin Yunuszadənin yoxluğunda meydana kim çıxacaq?
- Bu
sirdir, kimi oynadacağımı deməyəcəyəm. Ancaq onu bizdə əvəzləyəcək futbolçular
var. Bu barədə də bu axşam düşünəcəyik.
Vüsal BƏBİRLİ
BELQRAD
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |