Məmmədovların Hakimlər Komitəsində qeyri-adi sərgüzəştləri
Bu məqalədə göstəriləcək faktların əksəriyyəti idman mediasında dəfələrlə yazılıb, müzakirə olunub. Təkrarçılığa yol verməyimin əsas səbəbi növbəti saylarımızda bir daha bu faktlara qayıtmamaq, xəbəri olanlara xatırlatmaq, xəbəri olmayanlara isə Azərbaycan futbolunda baş verən özbaşınalıqları çatdırmaqdır. Futbolumuzda, hakimliyimizdə olan çatışmazlıqları bir məqalə nədir, heç qəzetin bir sayına da yerləşdirmək mümkün deyil. Çalışacam ki, mütəmadi olaraq indiyə kimi əldə etdiyim faktları Sizlərlə bölüşüm.
Hakim ədalət təmsilçisidir, qanun-qaydaları qoruyan bir şəxsdir. Təəssüf ki, əksər futbol hakimlərimiz haqqında bunu demək düzgün olmazdı. Deyirlər “balıq başdan iylənər”. Baxaq görək AFFA-da Hakimlər Komitəsinin sədri kimdir – hamımızın yaxşı tanıdığı Xəqani Məmmədov. Hansı ki, təkcə Azərbaycan futbolunda hakimliyi ilə deyil, həm də əməlləri ilə iz qoyub. Keçmiş AFFA prezidenti, rəhmətlik Ramiz Mirzəyevin rəhbərliyi dövründə Tovuzda keçirilən “Turan” – “İnter” (0:1) oyunundan sonra qatarla Bakıya qayıdarkən ikincilərin o vaxtkı baş məşqçisi Konkovla etdikləri “alış-veriş”dən sonra AFFA-nın qərarı ilə hakimlikdən birdəfəlik uzaqlaşdırılan Xəqani Məmmədov daha sonra Hakimlər Komitəsinin o vaxtkı rəhbəri Əli Hüseynova ünvanladığı izahat xarakterli məktubunda səhvini etiraf etmişdi. Xəqani Məmmədov, bağışlanmasını istəsə də, federasiya rəhbərliyi qərarından dönməmişdi. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin məktubu nöqtəsinə-vergülünə toxunmadan olduğu kimi diqqətinizə çatdırırıq:
“Nəzərinizə çatdırmaq istəyirəm ki, mən oktyabrın 22-də “Turan” və “İnter” matçını idarə etmişəm.
Matçdan sonra, yəni 22.20-də briqada üzvləri və oyunun hakim-inspektoru və komissarı 2 kupedə yerləşdik. Ə.Nağıbəyov, G.Cəfərov mən və A.Niyazov bir kupedə idik. Digər 2 hakim M.Mahmudov və İ.Əliyev qonşu kupedə yerləşmişdilər. Təxminən saat 23 radələrində Ə.Nağıbəyov və G.Cəfərov yatdılar. Bundan bir neçə dəqiqə sonra mən və mənim ardımca briqada üzvləri qonşu vaqona keçdim. (Özümdən bu günə kimi bu hərəkətimə cavab verə bilmirəm) Orada “İnter”in 4 məşqçisi və bizlər bir yerdə olduq. Mən təxminən 10-15 dəqiqə orada oldum. Bu müddət ərzində “İnter”in baş məşqçisi A.Konkov hakimlərin ünvanına xırda iradlar bildirməklə onların sağlığına badə qaldırdı. Daha sonra o, bir dəfə də badə qaldırdı (Azərbaycan futbolunun inkişafı, çiçəklənməsinə dair). Qeyd etdiyim kimi, mən orada təxminən 10-15 dəqiqə oldum. Bundan sonra mən xudafisləşib çıxmaq istəyəndə... A.Konkov “Xəqani səni bir dəqiqə olar?” məni qonşu kupeyə dəvət etdi. Qeyd etməliyəm ki, bu vaxt onların hamısı bir az içkinin təsiri altında idilər. Biz qonşu kupeyə daxil olduq və o qapını örtdü. O, bir daha mənə yaxşı hakimliyə görə minnətdarlıq etdi və mənə bildirdi ki, hər hansı bir problem olarsa həll edə bilərik. Elə bu sözləri demişdi ki, mən ona “bu sözlər artıqdır və mənim heç bir problemim yoxdur” deyərək kupeni tərk edib öz kupemə getdim. Çünki, uşaqlar orada idilər və istəməzdim ki, kimsə nəsə fikirləşsin. Mən onunla maksimum 2-3 dəqiqə oldum. Mən kupemə gəlib yatdım. Təxminən 1 saatdan sonra Anar daxil olanda ondan soruşdum ki, 1 saatdı orada neyləyirsiniz, o, cavabında heç elə-belə söhbət edirdik.
Bu yazımla bildirmək istəyirəm ki, mən 16 illik hakimlik karyeramda belə səhvə yol verməmişdim və hər gün özüm-özümə sual verirəm: mənim orada nə İşim var idi?”
AFFA-nın indiki rəhbərliyi dövründə Xəqani Məmmədovu nəinki bağışladılar, üstəlik vəzifə də verdilər – Hakimlər Komitəsinin sədri. Əhsən! Tədqirəlayiq haldır ki, Xəqani bəy ona göstərilən məsuliyyətli işi “canla-başla” yerinə yetirir. Xəqaniyə bu işdə yardım göstərən futzal üzrə FİFA referisi Elçin Məmmədovdur. O Elçin Məmmədov ki, Xəqani kimi AFFA-nın keçmiş baş katibi, əslən tovuzlu olan Fuad Əsədovu təhqir etdiyinə (AFFA-nı “Tovuz mafiyası” adlandırmış, Fuad Əsədovun ünvanına təhqiramiz sözlər işlətmişdi) görə o vaxt Hakimlər Komitəsinin qərarı ilə hakimlikdən birdəfəlik atılmışdı. Buna kimi isə Elçin bir çox macəraları ilə ad çıxarıb ki, bu mövzuya hələ qaydacam. Bircə onu qeyd edim ki, xidmət etdiyi hərbi hissədə hərbi texnikanı söküb satdığına görə iki il həbsxana həyatı yaşayıb. Dediyim fakt onun nəfsinə sahib çıxa bilməyən birisi olduğunu sübut edir. Ümumiyyətlə, Elçin futbol ictimaiyyəti arasında mənfi müstəvidə tanınan birisidir. Bu haqda da növbəti yazılarda.
Azərbaycanda belə bir yazılmamış qayda var. Rəhbər vəzifəyə gələn şəxs “Bəxtiyar” filmində olduğu kimi ətrafına qohum-əqrabasını, dost-tanışını yığır ki, Xəqani Məmmədov da bu qaydanı pozmayıb, ətrafına həm özünün, həm də futbol strukturunda rəhbər vəzifələrdə oturanların yaxınlarını yığmağı bacarıb. Nəzər yetirək? Hakim-inspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun oğlu Rauf Cabbarov, oyunlara komissar kimi təyinat alan Ramiz Abdullayevin kürəkəni İsgəndər Əliyev, Hakimləri Təyinat Komissiyasının üzvü Kərim Ağayevin oğlu, FiFA referisi, 25 yaşlı Əliyar Ağayev, hakim-inspektor Səfər Haşımovun övladları Ceyhun və Mübariz Haşımovlar, Xəqani Məmmədovun həmyerliləri (əslən Cəbrayıl rayonundandır) Elnur Muradov və Teymur Fərhadov. Məncə kifayətdir. İtaliya mafiyası yalan oldu.
Bundan əlavə hakimiyyəti ələ keçirən Məmmədov bir çox üzdə olan hakimlərimizin müxtəlif bəhanələrlə qovulmasında müstəsna rol oynayıb. Məqsəd isə qisas hissi, problemsiz hakimiyyət idi. Bu siyahıya keçmiş FİFA referiləri İmamxan Sultanini, Zöhrab Qədiyevi, Babək Quliyevi salmaq olar. Sonuncunun başına gələnlər daha gülməlidir. “Bakı” – “Qarabağ” oyununda uduzan komandanın, yəni “Qarabağ”ın rəhbərliyindən Əmrah Çəlikəlin telefon zəngi böyük perspektivlər vəd edən Babəkin futboldan birdəfəlik uzaqlaşdırılmasında əslində bəhanə idi. Yaxın saylarımızda Babək Quliyevlə mövzuya toxunacam və bu “komediya”nın ssenarisi haqda ətraflı araşdırma apararaq oxuculara çatdırmağa çalışacam.
Hakimlərin oyunlara təyinat alması da lətifə mövzusu ola bilər. AFFA Hakimlər Komitəsində belə bir komissiya var – Hakimləri Təyinat Komissiyası. Onun sədri uzun müddət “Neftçi” İSM-də çalışmış Kərim Ağayevdir. Xəqani və Elçin Məmmədovlar Kərim müəllimdən xəbərsiz kimin hansı oyuna təyin olunacağını müəyyənləşdirərək PFL prezidenti Ramin Musayevə göndərirlər. Bu, sırf protokol xarakteri daşıyır. Daha sonra siyahı Kərim Ağayevə çatır, imza atılması üçün. Əslində hakimlərin təyinatı ilə bağlı qərarı sözügedən komissiya verməlidir. Lakin Kərim Ağayevin bundan xəbəri olmur. Qayda belədir. Təyinat zamanı hansı komandaya hansı hakimin və ya əksinə hansı hakimə hansı komandanın lazım olduğu nəzərə alınır. Təsadüfi deyil ki, həm futbol ictimaiyyəti, həm də idman mediasıda hansı hakmin hansı komandaya simpatiyası olduğu məlumdur. Statistikaya nəzər salsaq “Qəbələ”nin ev oyunlarına daha çox Rəhim Həsənov, “Neftçi”nin ev oyunlarına Əliyar Ağayev və Anar Salmanov, “Rəvan”a Rauf Cabbarov, “Qarabağ”a Elçin Məmmədov və Əliyar Ağayev “Bakı”ya Vüsal Əliyev və s. təyinat alır. “Bakı”dan söz düşmüşkən, sonuncu turda “Bakı” – “Neftçi” oyununun baş hakimi Elçin idi. Məhz hakimin kobud səhvi üzündən meydan sahbləri son dəqiqədə qol buraxdı və məğlub oldu. Bunu “klubun rəsmi internet səhifəsində izləmək mümkündü. Əslində oyunun nəticəsinə təsir göstərən səhvlərə görə hakim cəza almalıdır, özü də uzunmüddətli. Siz özü-özünə cəza verən insan tanıyırsız? İllah da Elçin kimi. Cəmi 3-4 gün sonra Elçin “Şəfa” stadionunda MOİK – “İnter” oyununu idarə edirdi.
Daha bir maraqlı məqam. Çempionatda fasilə yarandığı zaman bütün hakimlərdən ildə iki dəfə normativ-teslər götürülür. Bu testləri verə bilənlər oyunlara təyinat alırlar, “üzüqara” çıxanlar yox. Məndə olan məlumatlara görə bir çox hakimlərimiz normativləri verə bilmədikləri halda qeyd-şərtsiz hakimliyə buraxılırlar. Adlarını da çəkə bilərəm. Sadəcə növbəti sınağa az qaldığından bunu etmirəm. İnşaallah bu dəfəki normativ-test imahanları zamanı və ondan sonra baş verəcək özbaşınalıqları (əminəm ki həmişə olduğu kimi bu dəfə də belə ozbaşınalıqlar olacaq) Sizlərə çatdıracam.
İlqar TAĞIYEV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |