"Bakı İdman Klubu" rəhbərliyi idmançılarla görüş keçirib
7 aprel tarixində “Bakı” idman klubunun rəhbərliyi klubun bir qrup idmançıları ilə görüş keçirib. Stadium.az xəbər verir ki, görüşdə yeniyetmə bədii gimnastçılar və karateçilər, həmçinin onların məşqçi-müəllimləri və valideynləri iştirak edib.
Klub rəhbərliyi adından çıxış edən Nail Əliyev, Yaşar Seyidov və Zeynal Məmmədov qeyd ediblər ki, idmançıların çıxışını daim diqqətdə saxlayırlar. Qeyd olunuub ki, olimpiya növləri üzrə idmançılar hazırlamaq vəzifəsini yerinə yetirən klub, müxtəlif beynəlxalq yarışlarda Dünya və Avropa çempionatlarında nəticələr əldə etməlidir. Bunun üçün idmançılara hər cür şəraitin yaradıldığı, bundan sonra da, yaradılacağı ifadə olundu.
Sonra söz gimnastların məşqçi- müəlliməsi Sevil Məmmədovaya verildi. O diqqətə çatdırdı ki, fevralın 3-ü və 4-də, Bakıda Bədii Gimnastika üzrə Respublika çempionatında 2002-2004-cü illər yaş qrupunda yarışlarda çıxış edən 5 idmançı – Şirinli Nigar, Manaflı Günel, Ağazadə Güllü, Bəşirova Zərifə və Zeynalzadə Ləmandan ibarət komanda ümumi hesabda mükafatçılar sırasına düşə bilib. “Bakı” Respublika birinciliyinin gümüş medallarını qazanıb.
Qeyd edək ki, növbəti Respublika birinciliyinə ev sahibliyini “Bakı” edəcək. 29 apreldə start götürəcək açıq buirincilikdə 12 idman məktəbinin komandasının iştirak etməsi gözlənilir. Yarışın püşkatma mərasimi aprelin 16-a planlaşdırılıb. Bu dəfə “Bakı”nın 16 idmançısı 2002-2006-cı il təvəllüdlülər arasında mübarizə aparacaq.
Görüşə karateçilər də əliboş gəlməyib. Ötən ay İstanbulda keçirilən Şotakan Karate üzrə yarışlara qatılan idmançılarımız WSKU versiyasında dünya üçüncülüyünü Azərbaycana qazandırıb. Baş məşqçi Seymur Xudaverdiyev xatırlatdı ki, yarışda 15 idmançı ilə mübarizə aparan klubumuz 6 qızıl, 6 gümüş və 10 bürünc medal qazanıb. Bu medalların bəziləri karatenin digər versiyalarında qazanılıb.
Qarşıda Terkiyədə keçiriləcək Sakarya Open və Ukraynada təşkil edilən Çernovtsi open turnirlərində çıxış edəcək idmançılarımız bununla da qışdakı Avropa və dünya çempionatına hazırlığı yekunlaşdıracaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |