Mövsümün rekordu "Neftçi"dən gəldi
Bakının “Neftçi” klubu Premyer Liqanın cari mövsümündə 50-ci qolunu vurub. Stadium.az PFL-in saytına istinadən xəbər verir ki, XXVII turun “Bakı” ilə ev oyununa təsadüf edib. Matçda hesabı açan Flavinyo “ağ-qaralar”ın bu çempionatdakı yubiley qolunun müəllifi olub. 2011/12 mövsümündə 50 qol səddini aşan ilk komanda olan “Neftçi” Azərbaycan çempionatları tarixində əvvəllər də 50-ni arxada qoyub.
Ümumilkdə isə 20 çempionat ərzində 46-cı dəfədir ki, 1 komanda mövsüm ərzində ən azı 50 qol vurur. “Neftçi” artıq 11-ci dəfə 100-ü yarılamaqla bu göstəricidə də hamıdan öndədir. “Neftçi” 1992, 1994/95, 1995/96, 1996/97, 1998/99, 2000/01, 2003/04, 2004/05, 2005/06, 2010/11 və 2011/12 mövsümlərində 50 və ya daha çox qol vurub.
“Kəpəz” (1992, 1993/94, 1994/95, 1995/96, 1996/97, 1997/98, 1998/99) və “Qarabağ” (1992, 1993/94, 1995/96, 1996/97, 1998/99, 2003/04, 2004/05) hərəyə 7 dəfə buna nail olub. “Şəmkir”lə (2000/01, 2001/02, 2003/04) “Turan”ın (1992, 1993/94, 2004/05) isə hərəyə 3 belə uğuru var.
2 dəfə 50-yə çatan klublardan “Bakı” 2004/05 və 2008/09, “İnter” 2007/08 və 2008/09, “Karvan” 2004/05 və 2005/06, Sumqayıt “Xəzər”i 1992 və 1996/97, “Xəzər Lənkəran” 2004/05 və 2006/07 mövsümlərində məhsuldarlıq göstərib. Cəmi 1 dəfə 50 və daha artıq qol vuranlardan “Azəri”, Bakı “İnşaatçı”sı, “Kürmük” və “Viləş” 1992 , “Xəzri” isə 1996/97-ci il mövsümlərində qol vurmaqda çətinlik yaşamayıb.
Azərbaycan çempionatlarında yalnız 2 komanda nəinki 50, hətta 100 və daha artıq qol vurub. 1992 mövsümündə “Neftçi” 104, Sumqayıt “Xəzəri”isə 100 dəfə rəqib qapılarına yol tapıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |