“Qarabağ”ın 13 illik rekordu Qurban Qurbanova məxsus olacaq
Premyer Liqanın XXIX turu Ağdamın “Qarabağ” klubu üçün tarixi əhəmiyyət kəsb edir. Stadium.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov komandasını 119-cu dəfə çempionat oyununa çıxaracaq. Aprelin 22-də “Bakı” ilə keçiriləcək qarşılaşmaya qədər “Qarabağ”ı 118 görüşə çıxaran mütəxəssis 2008-ci ilin yayından bu postda çalışır. 2008/09 mövsümündə 26, 2009/10 və 2010/11 mövsümlərinin hərəsində 32 Premyer Liqa matçında “Qarabağ”ın “sükanı arxasında” olan Qurbanovun hesabında cari mövsümün startına kimi 90 çempionat oyunu var idi. Bu mövsüm 28 qarşılaşmanı arxada qoyan mütəxəssis artıq 119-un astanasındadır. “Bakı” ilə oyunda Qurbanov “Qarabağ”ın 13 illik rekordunu təkrarlayacaq. Belə ki, Ağdam klubunun tarixində komandanı Azərbaycan çempionatlarında ən çox oyuna çıxaran baş məşqçi adına şərik olacaq. Artıq XXX turda isə mütləq rekordun müəllifi olacaq. Hələlik isə bu rekord Ağasəlim Mircavadova məxsusdur. O, 1993, 1993/94, 1994/95, 1995/96 və 1998/99 mövsümlərində işlədiyi “Qarabağ”ı 119 oyuna çıxarıb. Mircavadovun 1999-cu ildə çatdığı 119 səddinə sonrakı 13 ildə yaxınlaşan baş məşqçi olmamışdı. İndi isə klubun Azərbaycan çempionatlarında sayca 11-ci baş məşqçisi olan Qurbanov bu rekorda şərik olur. Qeyd edək ki, Qurbanovlu “Qarabağ” Premyer Liqada keçirdiyi 118 oyunda 59 qələbə qazanıb, 34 heç-heçə edib, 25 dəfə məğlub olub, top fərqi 139-88-dir. Bu isə o deməkdir ki, Qurbanov rekorda şərik olacağı matçda yubiley qələbəsini də qazana bilər. |
pfl.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |