Tuyqun Nadurov: "Sənəddə “Xəzər Lənkəran”dan üzr istəyən FİFA 6 xalın geri qaytarılmasının zəruriliyini bildirib"
“Bildiyiniz kimi, FİFA-nın komandamızın hesabından 6 xal silməsindən sonra Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etmişdik. Bu qurum da öz növbəsində məsələyə yenidən baxmaq üçün FİFA-ya vaxt vermişdi. Ali futbol qurumu aprelin 25-dək qərar verməli idi”. Stadium.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Nadirov bir müddət əvvəl FİFA-nın istəyi ilə AFFA tərəfindən hesabından 6 xal silinən komandasının haqq-ədaləti bərpa etməyə nail olduğunu bildirib: “FİFA-nın İntizam Komitəsi məsələni yenidən araşdıraraq, “Xəzər Lənkəran”ın Romulo Silvanoya ödənişlərin hamısını vaxtında, hətta 3 gün əvvəl etdiyini görüb. 6 xalın silinməsinə heç bir əsasın olmadığını üzə çıxaran FİFA AFFA və klubumuza məktub göndərib. Sənəddə “Xəzər Lənkəran”dan üzr istəyən FİFA 6 xalın geri qaytarılmasının zəruriliyini bildirib. Özünüz bilirsiz ki, FİFA çox nadir hallarda qərarını dəyişir. “Xəzər Lənkəran” bunda da ilkə imza atıb, ali futbol qurumunun qərarının yanlışlığını qəbul etməyə vadar edib. Bu hansısa vəkilin, hansısa hüquqşünasın deyil, bütün “Xəzər Lənkəran”ın – ağır gündə yanında olan azarkeşlərin, bütün kollektivin qələbəsidir. Bu 6 xalın qaytarılması ilə bağlı klubun yanında olan bütün insanları təbrik edirəm”.
“Xəzər Lənkəran” ədaləti bərpa etsə də, 1 müddət psixoloji sarsıntı içində olması üzündən bəzi matçlarda xal itirmişdi. Xüsusilə, “Bakı”ya 1:4 hesablı məğlubiyyətin əsl səbəbi bu idi. Nadirov bu məsələyə də münasibət bildirib: “Biz futbolçulara demişdik ki, bu sizin işiniz deyil. Xalın qaytarılması ilə klub rəhbərliyi məşğul olacaq. Sizin işiniz futbol oynamaqdır. Bu üzdən bunun nəticələrə təsiri olmamalı idi”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |