Belaruslar AFFA-nı başa düşmür
Belarus Futbol Federasiyası (BFF) ölkə yığmasının Azərbaycan milli komandası ilə iyunun 5-də Minskdə nəzərdə tutulan yoldaşlıq görüşünün ləğvinə münasibət bildirib. Stadium.az xəbər verir ki, BFF-in mətbuat katibi Aleksandr Tomin açıqlamasında Azərbaycan tərəfinin yoldaşlıq görüşündən imtinasını anlaşılmaz qarşıladıqlarını söyləyib. Tomin deyib: “Başa düşmürük ki, nəyə görə müqavilə bağlamışdılar və sonradan nəyə görə pozdular. Bizə heç bir səbəb göstərməyiblər. Sadəcə, rəsmi məktub idi. Amma məktubda müqavilənin pozulmasının konkret səbəbi göstərilməmişdi. Elə isə müqaviləni pozmaqda məqsəd nə idi? Müqavilə bağlanıbsa, yerinə yetirmək lazımdır”. Mətbuat katibi bildirib ki, BFF gələcəkdə yığmalar səviyyəsində görüş təklifinə ehtiyatla yanaşacaq. Qeyd edək ki, Belarusla yoldaşlıq görüşü yığmamızın baş məşqçisi Berti Foqts tərəfindən ləğv olunub. Səbəb kimi millimizin üzvlərinin əsasən Unibank Premyer Liqasının aparıcı klublarında çıxış etməsi və həmin klubların avrokuboklarda mübarizə aparacağı, Belarus yığması ilə yoldaşlıq oyununun avrokubok qarşılaşmaları ərəfəsinə təsadüf etməsi göstərilib. |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |