Hafiz Məmmədov: "Son 3-4 ayda özümü ancaq kuboka motivasiya etmişdim" - MÜSAHİBƏ
Azərbaycan kubokunun qalibi olan "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun "Stadium.az" saytına müsahibəsi:
- "Bakı" özü üçün uğursuz mövsümü
kuboku almaqla qapatdı...
- Artıq bir yox, ikinci mövsümdür ki, belədir.
Uğursuzluq Şeferin vaxtından başlamışdı. Özüm də bundan bərk narazı idim, yaxşı
nəticə görmürdüm. İnana bilmirdim ki, belə güclü heyət - komanda uğur qazana
bilməsin. Son 3-4 ayda özümü ancaq kuboka motivasiya etmişdim, komandadan da çox
narazı idim. Nələr baş verdiyini də başa düşə bilmirdim. Çünki komanda üçün hər
nə istəyiblər, onlara yaradılıb. Baza var, stadion var, hər cür şərait var -
bunlar köhnəlmiş sözlərdir. Maraqlı idi ki, bunlar niyə oynamırlar? Amma
inanırdım ki, hər şey öz qaydasına düşəcək. Məndə bir inam vardı ki, kubok bizim
olacaq. İnandığım da oldu.
- Starkovu böyük ümidlərlə komandaya gətirmişdiz.
O, burda olanda komanda oyununu itirmişdi, gedəndən sonra isə hər şey öz
qaydasına düşməyə başladı. Həqiqətənmi bütün problemlər Starkovla bağlıydı?
- Yox, hər şey onluq deyildi. Starkov çox mədəni,
intiligent, sadə adamdır. O, gedəndə dedi ki "mən döyən, söyən adam deyiləm,
bacarmadım. Futbolçular döyülməlidir, bu oyunla". Dedi və çıxıb getdi.
- Deyirsiz Starkov çox yaxşı insan idi, amma məşqçiliyinə
toxunmadız...
- Çox yaxşı da məşqçi idi. Onun çox sərt
prinsipiallığı vardı. O prinsipiallıq insanda olmalıdır, amma bir balaca
yumşaqlıq da mümkündür. Mən Jabanı komandaya qaytarmaq üçün onunla iki ay
danışdım. Onun burada uğur qazanmasına tərsliyi, prinsipiallığı mane oldu. Sizcə
Starkov komandanı meydana hər oyun səhv taktika ilə çıxara bilərdi? Elə şey
mümkün deyildi. Öz istədiyini yertimək istədi, alınmadı. Məşqçi işlədiyi yerin
mühitini də nəzərə almalıdır. Mən hələ o vaxt dedim ki, cənab Starkov, Maris
Verpakovskis burada oynaya bilməyəcək, belə də oldu. Mən bunu bir daha kubok
oyunundan sonra Marisin yadına saldım. Starkova birinci gündən demişdim ki,
özünə arxayın olmasın.
- Artıq "Bakı"da ikinci dəfədir ki,
baş məşqçi gedir və komanda kuboku qazanır. Cüneyd Biçər kuboku qazandı,
komandadan göndərildi. Bu aqibət Novruz Əzimovu da gözləyirmi?
- Bunlar tam fərqli adamlardır. Biçərdən çox
da razı qalmışdım. Onun söhbətləri mənim xoşuma gəlmişdi. Mən bütün məşqçiləri
komandadan göndərəndə konpensasiyaların ödəyib yola salmışam, amma Bülənt
Korkmaz gedəndə mənlə pul söhbəti etmədi. O, getdi, Cüneyd içəridə idi, birləşib
komandanı oynatdılar. Cüneyd mənə dedi ki, çoxlu xərc çəkmək lazım deyil, gəlin
cavanlarla işləyək, onlar Azərbaycanın gələcəyidir. Mən isə ona dedim ki, "mən
tacirəm, azarkeş bazarını itirə bilmərəm". Biz Biçəri baş məşqi təyin edəndə
ona söz verməmişdik ki, ömürlük burada qalacaqsan. Novruz da həmçinin. Amma
onda fərqlilik var. Novruz bu komandanın təməlinin qoyulduğu gündən burdadır. O,
bura baş məşqçi kimi gəlməyib, elə burada idi. Novruz Əzimov bizim
kollektivimizin bir üzvüdür, əsas simalarından biridir, həmişə də burada
qalacaq.
- Bülənt Korkmazın "Bakı"ya gələcəyiylə
bağlı xəbərlər gündəmdən düşmür. Nə dərəcədə realdı bu?
- Yox, biz hələ heç bir baş məşqçi ilə danışıq
aparmamışıq. Zarafat bir kənara, həmişə komandaya məşqçi gətirərkən daxildəkilərlə
məsləhətləşirdim. Bu dəfə isə özüm gətirəcəm, klubdan heç kimlə bu barədə
danışmayacam. Seçimi özüm edəcəm. 5-10 bilici adamla məsləhətləşib, bir qərara
gələcəm. Bülənt çox gözəl insandır, onunla aramızda dostluq münasibətləri var.
Mən ondan yaşca böyüyəm, hər bayramda mənə zəng edir, təbdriklərin çatdırır.
Şefer də gündə zəng edir ki, cənab prezident gəlim?. Elə bilir ki, yer boşalıb,
elə bunu gətirəcəyik... Ağıllı adamların bir sözü var, deyirlər "ayrılanda
elə ayrıl ki, barışmağa üzün olsun". Mən Büləntə burdan gedəndə də dedim
ki, qapılarım həmişə üzünə açıqdır. Bülənt Korkmaza burada həmişə yer var, niyə
də olmasın?! Sözün düzü, onunla bu barədə danışığım olmayıb.
- "Bakı"ya gələn əcnəbi məşqçilərin
işi alınmır. Niyə yerli bazara üz tutmursuz?
- Keçəcəm öz ticarətimə. "Mən hər şeyi
bilirəm" deyən insanlardan xoşum gəlmir. Mən heç bir yerli məşqçiyə pis
demirəm, amma niyə də burada Avropa təcrübəsi olmasın? Düzdür nəticə olmur,
amma başqa amillər var, kənardan barmaq edirlər. Ferqyusson 26 ildi "Mançester
Yunayted"in baş məşqçisidir, ilk illərdə Ser komandaya heç bir uğur
qazandırmayıb, amma səbr ediblər. Bizdə isə səbr etmək yoxdur.
- "Bakı"nı Avroliqaların qrup mərhələsində
nə vaxt görmək mümkün olacaq?
- Bizim planımıza görə bu, bu il olmalıdı idi, amma mümkün olmadı. Hələ buna zaman lazımdır, bu barədə danışmaq çox tezdir.
Söhbət etdi: VÜSAL BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |