“Sumqayıt”ın yeni transferi: “Avropa çempionluğu həyatıma qızıl hərflərlə yazıldı”
2011/2012 mövsümünü Superliqada mübarizə aparan “Sivasspor”da keçirən, yeni mövsümdən etibarən “Sumqayıt”ın şərəfini qoruyacaq Məhəmməd Əli Atamın müsahibəsi
- Məhəmməd Əli Atamı tanıyaq…
- 21 may 1988-ci ildə İstanbulda anadan olmuşam. Əslən azərbaycanlıyam. İkinci Dünya Müharibəsi ərəfəsində babamın ailəsi Naxçıvan şəhərindən Türkiyənin İğdır vilayətinə köçüb. Atam İstanbulda anadan olub və bu şəhərdə ailə həyatı qurub. Hazırda bəzi qohumlarım Naxçıvanda yaşayır.
- Futbola gəlişin necə olub?
- Yaşadığımız ərazidə azərbaycanlılardan təşkil olunmuş həvəskar komanda fəaliyyət göstərirdi. 7 yaşım olarkən həmin klubda, “İfaspor”da məşqlərə başladım. 11 yaşım olarkən, həvəskarlar liqasının həlledici oyunları “Qalatasaray”ın bazası sayılan “Florya Metin Oktay Təsisləri”ndə keçirildi. Hansı komanda ilə oynadığımızı xatırlamıram. Qalib gəldiyimiz oyundan sonra “Fənərbağça” və “Qalatasaray”ın məşqçiləri mənimlə maraqlanmağa başladı. Hər iki klubdan təklif alsam da, “Cim-Bom”a azarkeşlik etdiyim üçün “sarı-qırmızılı” komandanı seçdim. 2000-ci ildən etibarən “Qalatasaray”ın aşağı yaş qruplarındakı komandalarla oyunlara çıxdım. 2001-ci ildə “Qalatasaray” Akademiyasının yığması ilə Türkiyə çempionu oldum. Bir il sonra isə həmin komanda ilə Avropa çempionluğunu qazandım.
- “Qalatasaray”dakı çıxışın barəsində nə deyə bilərsən?
- 2004-cü ildə “Qalatasaray”ın əvəzedici komandası ilə peşəkar müqavilə imzaladım. Əvəzedicilərdə 3 mövsüm forma geyindim. 2007/2008 mövsümündə “Cim-Bom”un əvəzedici komandasının kapitanı olmuşam. Həmin il 26 qarşılaşmada 4 qol vurmuşam. 2005-ci ildə “Qalatasaray”dakı uğurlu çıxışımla Türkiyənin 17 yaşadək futbolçulardan ibarət milli komandasına çağrıldım. Elə həmin il U-17 ilə Avropa çempionluğunu qazandım. 2008-ci ildə “Qalatasaray”ın əsas komandasına dəvət aldım və 3 illik müqavilə imzaladım. O zaman İstanbul klubunu Mixael Skibbe çalışdırırdı. 3 ay əsas heyətdə forma şansı qazana bilmədim və “Sarıyer”ə icarəyə verildim. Daha sonra Türkiyə 1-ci liqasında mübarizə aparan “Altay”da və “Erzincanspor”da icarədə çıxış etdim. 2011-ci ildə “Sivasspor”la üçillik müqvilə imzaladım.
- 2005-ci ildə Türkiyənin U-17 komandası ilə Avropa çempionu olmağını necə xatırlayırsan?
- Hazırda Türkiyə A millisinin baş məşqçisi olan Abdullah Avcı o zaman U-17-ni çalışdırırdı. Avropa çempionu olduğumuz heyətdə məndən başqa, hazırda “Real”da çıxış edən Nuri Şahin, “Qalatasaray”dan Aydın Yılmaz, “Fənərbağça”dan Caner Erkin, Volkan Babacan, “Trabzonspor”dan Onur Kıvrak və başqaları çıxış edirdi. Avropa çempionatının final qarşılaşması mənim həyatıma qızıl hərflərlə yazıldı. Həlledici görüşdə Hollandiyanı 2:0 hesabı ilə məğlub etdiyimiz oyunu unuda bilmirəm. Nəzərinizə çatdırım ki, U-17-də 12 rəsmi qarşılaşmada meydana çıxmışam. Ümumilikdə Türkiyənin aşağı yaş qruplarından ibarət yığmalarda 24 rəsmi oyun keçirmişəm və 6 qol vurmuşam.
- Nuri Şahin, Caner Erkin, Mehmet Yılmaz, Aydın Yılmaz kimi futbolçuların adını çəkdin. Hansı futbolçularla indi də əlaqə saxlayırsan?
- “Real”da çıxış edən Nuri Şahin İspaniyada yaşadığı üçün onunla yalnız telefonla əlaqə saxlaya bilirəm. Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turanla vaxtilə əvəzedici komandada birlikdə çıxış etmişəm. Onunla yaxşı münasibətim var. Ardanın “Atletiko”da uğur qazanacağına əminəm. Volkan Babacan, Onur Kıvrak, Aydın Yılmaz, Uğur Uçar kimi futbolçularla indi də dostluq edirəm. İstanbula gələn kimi “Qalatasaray”da çıxış edən əksər yerli futbolçular və məşqçilərlə əlaqə saxlayıb görüşürəm.
- 2011/2012 mövsümündə “Sivasspor”da neçə oyun keçirmisən?
- Mövsüm ərzində əksər qarşılaşmalarda adım 18 nəfərlik iştirak ərizəsində olub. “Manisaspor”la oyunda meydana sonradan daxil olmuşam. “Cumhuriyyet Kuboku”nda “Kayserispor”la görüşdə çıxış edib 1 qol vurmuşam. Mən uşaq yaşlarımdan sağ cinah müdafiəçisi kimi çıxış etmişəm. “Sivasspor”da bu mövqedə komandanın kapitanı təcrübəli futbolçu Uğur Kavuk yer alır. Adıçəkilən futbolçu 15 ildən çoxdur ki, Superliqada oynayır. Məhz bu səbəbə görə, “Sivasspor”da çox oynamaq şansı qazana bilmirəm.
- “Sivasspor”da çıxış edən və hazırda Azərbaycan millisinin şərəfini qoruyan Cihan Özkaradan hansı məlumatlar toplaya bilmisən?
- Cihan “Sivasspor”un əsas futbolçularından sayılır. Olduqca peşəkardır. Onunla Azərbaycan, Bakı haqqında çox danışmışıq. Milli komandada uğurla çıxış edir.
- Azərbaycan Premyer Liqasından xəbərdarsan?
- Açığı, o qədər də maraqlanmırdım. Yalnız milli komandanın oyunlarına bacardığım qədər baxıram. Türkiyə yığmasını Bakıda məğlub etdiyiniz görüşü və cavab qarşılaşmasını bütünlüklə izləmişəm.
- “Sumqayıt”a keçidin barəsində nə deyə bilərsən?
- Azərbaycanı çox sevirəm. Türkiyədə keçirilən bütün Azərbaycana aid tədbirlərdə canla-başla iştirak edirəm. Məsələn, sonuncu dəfə İstanbulun mərkəzində “Taksim meydanı”nda Xocalı Soyqrımı ilə əlaqədar böyük yürüşdə iştirak etmişəm. Mən 3 il bundan əvvəl Azərbaycana gəlməyə yaxın idim. Lakin bəzi səbəblərə görə, səfərim baş tutmamışdı. Azərbaycana gəlmək ən böyük arzularımdan biridir. Mən ölkəmi çox sevirəm. Hətta “Sivasspor”da mənə “azəri çocuk” deyə çağırırlar. Qaldı ki, “Sumqayıt”la danışıqlara, bir müddət əvvəl menecerim Azərbaycan Premyer Liqasında çıxış edən bir klubun mənim xidmətimdə maraqlı olduğunu dedi. “Sumqayıt” haqqında bəzi məlumatlar topladım. Gənclərdən qurulmuş bir komanda olduğunu gördüm. Ardından “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyevlə əlaqə saxladım. Şərtlər məni razı saldığı üçün təklifi qəbul etdim. İndi “Sivasspor”un cavabını gözləyirəm. Tezliklə “Sumqayıt”la məsələni rəsmiləşdirəcəyəm.
- “Sumqayıt” Futbol Klubunda əsas məqsədin nə olacaq?
- Bacardığım qədər “Sumqayıt”ı turnir cədvəlinin üst pillələrinə daşımaq mənim əsas məqsədimdir. Buradakı uğurlu çıxışımla Azərbaycan millisinə dəvət almaq istəyirəm. Bu mənim ən böyük arzumdur.
- “Sumqayıt”a keçidin reallaşsa, hansı nömrəli futbol geyimi ilə çıxış edəcəksən?
- İğdırdan olduğum üçün “Sivasspor”da da 76 nömrəli futbol geyimini seçmişdim. 76 İğdıra aid rəqəmdir. Burada öyrəndim ki, Uğur Pamuk bu nömrəli futbol geyimi ilə çıxış edir. Buna görə, 2 nömrəsini seçərdim.
“Sumqayıt” Futbol Klubunun rəsmi saytı
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |