"Neftçi" rəsmisi "Bakı"nın vitse-prezidentini yalançı adlandırdı
15 yaşlı futbolçular arasında Azərbaycan çempionatının finalında "Bakı" ilə Neftçi" arasında baş vermiş insidentlə və "Bakı"nın icraçı-direktoru Yaşar Seyidovun "Neftçi"nin icraçı-direktoru Mübariz Xudiyevlə bağlı söylədikləri fikirlə bağlı "Neftçi"nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. Abbaszadə açıqlamasında Yaşar Seyidovun söylədiklərini absurd adlandırıb: "Biz - klub nümayəndələri oyuna yuxarıdan baxırdıq. Dava düşəndən sonra Yaşar Seyidovu meydanda gördük. O, dava edən uşaqları ayırmaq əvəzinə, onlardan birini yumruqla vurdu və yerə yıxdı. Bizdə həmin görüntülülər də var, istənilən adama həmin görüntüləri də təqdim edə bilərik. Gəlsin Yaşar Seyidov sübut eləsin ki, davanı Mübariz Xudiyev salıb. Hər iki klubda görüntülər var. Bütün hamı görsün ki, davanı kim salıb. Yaşar Seyidov dava edən uşaqları sakitləşdirmək əvəzinə, vurub yerə yıxdıqdan sonra Mübariz Xudiyev ona etirazını bildirdi ki, sən klub rəsmisisən, niyə belə edirsən? Ondan sonra Yaşar Seyidov dedi ki, sözün var düş aşağıya. Mübariz də aşağı düşdü. Görüntülərdə də var ki, Yaşar Seyidov Mübarizə birinci təpik atır, təpik tutmur, ondan sonra dava düşür. Görüntülərdə o da var ki, birdən-birə Mübariz müəllimin üstünə 20 nəfərə yaxın adam hücum çəkir. Görüntüləridə birazdan təqdim edəcəyik. Burada aydın görünür. Davanın daha da böyüməsinə biz imkan vermədik. Polisin də müdaxiləsindən sonra ara sakitləşdi. Siz özünüz də şahid oldunuz ki, biz - "Neftçi" rəhbərliyi aranın sakitləşdirilməsinə çalışdıq. Hər iki tərəfi araladıq, qoymadıq ki, insident daha da böyüsün. Davanın qarşısını almağa biz cəhd göstərdik. Sonradan demək ki, davanı Mübariz Xudiyev salıb, bu, absurd bir fikirdir. Həttə, deyirlər ki, Mübariz Xudiyev hansısa futbolçunu vurub. Bu, ayıbdır, şər-böhtandır. Gəlsinlər, sübut eləsinlər ki, davanı Mübariz Xudiyev salıb. Əgər bunu sübut eləsələr mən bütün ictimaiyyətdən üzr istəyəcəm".
sportmedia.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |