İsveç klubunun baş məşqçisi: “İnter” mənə xoş təsir bağışladı”
Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnirdə iştirak edən İsveçin “Brommapojkarna” U-13 komandasının baş məşqçisi Rene Bakhays “İnter”in rəsmi internet saytına müsahibə verib.
- Maraqlıdır,
turnirə gəlməmişdən öncə Azərbaycan haqqında məlumatınız vardı?
- Səmimi deyəcəyəm, Azərbaycan haqqında çox da məlumatım
yox idi. Ölkənizin
futbolu haqqında da az məlumatım vardı, lakin etiraf edim ki, Azərbaycana baş çəkmək
mənim üçün maraqlıydı. Əminəm ki, İsveçdə doğulmuş hər bir insan üçün ölkənizə
səfər yadda xüsusi qalacaq. Futbolçularımızın 12-13 yaşı var və görünürdü ki,
onlar səfərimizə böyük maraqla yanaşırdılar.
- Bilmək maraqlı olardı, komandanız
bu turnirə necə qatıldı?
- Bilirsiniz, bu turnirdə iştirak
etməklə bağlı bizə dəvət gələndə reaksiyamız birmənalı olmadı. Bir tərəfdən
uzaq uçuş barədə, turnirin səviyyəsi və digər detallar haqqında düşünürdük, digər
tərəfdən, qeyd etdiyim kimi, bizə Azərbaycana baş çəkmək çox maraqlıydı. Nəticədə
biz dəvəti qəbul etmək qərarına gəldik və şadıq ki, ölkənizə səfər etdik.
Burada bizə hər şərait yaradılıb, təşkilati işlər yüksək səviyyədədir, bir sözlə,
bizim nümayəndə heyəti razıdır. Əlavə edim ki, oyunçularımız gələcəkdə peşəkar
futbolçular olacaqlar və artıq gənc yaşlarından belə turnirlərdə iştirak etməklə
təcrübə toplamaları lazımdır.
- Artıq bir neçə gündür Azərbaycandasınız.
Bilmək istərdik, ölkəmiz və paytaxtımz Baki sizdə hansı təəssüratları oyatdı?
- Doğrusu, paytaxt şəhəriniz məni
valeh etdi. Bakının müsir memarlığı heç kimi biganə qoya bilməz. Şəhəriniz
simasını dəyişir və bu da demək olar göz önündə baş verir. Müşahidə etdim ki,
bir çox yerlərdə yeni binalar, yeni evlər tikilir. Bir sözlə, mən Bakını gələcəyin
şəhəri adlandırardım. Eyni sözləri futbol infrastrukturu barədə də demək olar.
Məsələn, turnir oyunlarının keçirildiyi “Dalğa-Arena” stadionunu buna sübut
kimi göstərmək olar. Nəzərimcə, yaxın gələcəkdə ölkəniz böyük futbol turniri qəbul
edə biləcək.
- Siz artıq 3 oyun keçirmisiniz və
bütün qarşılaşmalarda qələbə qazanmısınız. Keçirilən oyunlar haqqında və bu
turnirdə vəzifələriniz barədə nə deyə bilərsiniz?
- İlk matçda biz turnirin təşkilatçılarıyla - “İnter”lə qarşılaşdıq. Bu komanda
mənə xoş təsir bağışladı. “İnter” çox yaxşı futbol oynayır. İkinci matçda
“Rubin”lə qarşılaşdıq və səmimi deyim ki, bizim böyük hesablı qələbəmiz mənim
üçün xoş sürpriz oldu, axı ilk turda Rusiya klubu da 4:0 hesablı qələbə əldə
etmişdi. Beləliklə, biz artıq indidən qrupda 1-ci yerimizi təmin edə bildik,
buna görə də “Kotkas”la görüşdə eksperimental heyətə üstünlük verdik. Mən bütün
futbolçuları müxtəlif mövqelərdə sınamaq istəyirdim. Məqsəd və vəzifələrimizə gəldikdəsə
onu deyə bilərəm ki, biz yalnız maksimal nəticəyə güvənirik. Qarşıda bizi yarımfinal
oyunları gözləyir və maksimal dərəcədə oyunlara köklənməliyik.
- Maraqlıdır, növbəti ildə Azərbaycandan
sizə zəng edib bu turnirə yenidən gəlməyinizi istəsələr, razılıq verəcəksiniz?
- Bəli, niyə də yox? Belə turnirlərdə
iştirak etmək həmişə maraqlıdır. Xarici klublara qarşı oynamaq həmişə
maraqlıdır, axı, bu, səviyyəmizi artırır. Düşünürəm ki, gələn il bu turniri təşkil
etsələr, dünya futbol qrandlarını da dəvət etmək olar. Əminəm ki, bütün
komandalar belə miqyaslı turnirdə iştirak etmək istəyərlər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |