Dünya çempionu: “Azərbaycandan dəvət alanda çox qürurlandım”
Freestyle futbol üzrə 2011-ci il dünya çempionu Kitti Szasz FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimində iştirak etmək üçün ölkəmizə gələcək. Püşkatmadan sonra Dənizkənarı Milli Parkda təşkil ediləcək konsert proqramında da çıxış edəcək futbloçu izləyicilərə öz məharətini nümayiş etdirəcək. Kitti Szaszın FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Media Departamentinə müsahibəsini təqdim edirik:
-
Freestyle fubol sizin üçün nə ifadə edir?
- Demək olar ki, hər şey. Bunun sayəsində mən heç bir
zaman gedəcəyimi xəyal belə etmədiyim yerlərə gedir, hər ölkədən yeni dostlar
qazanıram və ən vacibi, freestyle futbol mənə darıxdırıcı mühitdən uzaqlaşmaq
imkanı verir.
- FIFA
U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimində
iştirakınız haqqında nə düşünürsünüz?
- Mən belə möhtəşəm tədbirə dəvət alanda çox
qürurlandım. Bundan əvvəl heç vaxt Azərbaycanda olmamışam. Bu səbəbdən yalnız tədbirə
deyil, ümumiyyətlə, ölkənizə gələcəyim üçün çox sevincli və həyəcanlıyam.
- Qadın
freestyle futbolçu olaraq həmkarlarınıza, gənc futbolçu qızlara hansı məsləhətləri
vermək istərdiniz?
- Nə olursa olsun, davam edin: əgər sizin davam edəcək
gücünüz yoxdursa belə dayanmamaq, işi yarıda buraxmamaq üçün mübarizə aparın.
Sizi gördüyünüz işə həvəsləndirəcək yeni motivasiyalar tapmağa çalışın.
- Siz həmçinin
böyük kütlə qarşısında performans göstərəcəksiniz. Bu barədə nə düşünürsünüz, həyəcanlısınızmı?
- Əlbəttə, həyəcanlıyam. Daim şoulardan öncə həyəcanlı
oluram, xüsusilə də aparıcı məni səhnəyə, böyük kütlənin qarşısına dəvət edərkən.
Amma topa toxunduqdan sonra həyəcanım keçir, sakitləşirəm və gördüyüm işdən
zövq alıram.
- Azərbaycana
gəlmək üçün dəvət alanda nə hiss etdiniz?
- Səmimi olaraq deyim ki, əvvəlcə təklif o qədər də
real görünmürdü. Amma zaman keçdikcə konsert haqqında gələn digər məktublar
bunu reallığa çevirdi. Mən bütün dostlarıma bir neçə gün Bakıda qalacağımı və
belə böyük tədbirdə performans göstərəcəyimi dedim - onların hamısı təəccübdən
mat qalmışdı!
- Sizin
Azərbaycana səfərinizdən hansı gözləntiləriniz var?
- Mən
heç vaxt nə isə gözləmirəm, nə baş verirsə, onu yaşayıram. Əlbətdə, beynimdə bəzi
görüntülər canlanır: səhnədə böyük izdihamın qarşısındayam və yaxud biz digər
freestyle futbolçularla birlikdə Bakının gözəl panoraması qarşısında donuruq,
heyran oluruq və s. Mən yeni ölkələr və mədəniyyətlər haqqında öyrənməkdə çox
maraqlıyam. Məhz bu da mənim işimi zövqlü edən faktorlardan biridir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |