Mahmud Qurbanov: “Əsas məqsədim Gəncənin adına layiq komanda yaratmaqdı”
“Tərəqqi”nin baş məşqçisi Mahmud Qurbanov klubun mətbuat xidmətinə müsahibə verib.
- “Tərəqqi”də
işləriniz necədir?
- Artıq komandanı qəbul etmişəm. Futbolçularla
görüşdüm. İlk tanışlıqdan sonra qarşıya qoyulan məqsədlər barədə danışdıq.
Mübariz və baxımlı futbol oynamağı bacaran bir komanda yaradacağımızı
bildirdim. Hələ ki bu qədər.
- Ötən
mövsümdə “Tərəqqi”də çıxış etmiş futbolçularla işləmək fikriniz var?
- Hələlik bir söz deyə bilmərəm. Kollektivlə o qədər də
yaxından tanış deyiləm. Yalnız bir-iki oyunun video yazısını izləmişəm. Təbii
ki, toplanış zamanı onlar da məşqlərə qatılacaqlar. Yalnız bundan sonra
futbolçular barədə qərar verə bilərəm.
- Bu günlərdə
KİV-də “açiq qapı” ilə bağlı informasiyalar yayıldı. Bununla bağlı fikirlərinizi
bilmək istərdik.
- Bəli, biz rəhbərliklə qərara gəldik ki, iyulun 2-də
saat 5-dən etibarən özünə güvənən və futbolçu keyfiyyətlərinə malik olan 17-23
yaş həddində olan gəncləri baxışa dəvət edək. Biz həmin müraciət edən bütün
futbolçuları nəzərdən keçirəcək, onları yoxlayacaq və tələblərimizə cavab verən
anda komandaya dəvət edəcəyik.
- Gəncəyə
məşqçi kimi dönüşünüz futbolçu karyeranız kimi uğurlu alınacaqmı?
- Bilirsiniz bu barədə indidən danışmaq tezdi. Əsas məqsədim
Gəncənin adına layiq komanda yaratmaqdı. Mübariz, intizamlı, baxımlı futbol
oynamağı bacaran bir komanda. Təbii ki, növbəti mövsüm medallar uğrunda mübarizə
aparmaq, premyerliqaya vəsiqə qazanmaq istəyirik. Çalışacağam ki, “Tərəqqi”
qabiliyyətli və idmançı keyfiyyətlərinə malik futbolçuların yetişməsində Gəncə
futboluna öz töhfəsini versin.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |