“Bilirəm ki, “İnter”də çoxlu həmyerlim çıxış edir”
Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş beynəlxalq turnirdə 5-ci yeri tutan “Dinamo” (Tbilisi) U-13 komandasının baş məşqçisi Oto Qaqnidze “İnter”in rəsmi internet saytına müsahibə verib.
- Öncə
bilmək istərdik, necə oldu ki, komandanız Azərbaycan Beynəlxalq Bankının 20
illiyinə həsr olunmuş turnirdə iştirak etdi?
- Bizə bu turnirdə iştirak etmək barədə təklif gəldi
və çox düşünmədən təklifi qəbul etdik. Azərbaycan Beynəlxalq Bankını yubileyi
münasibətilə təbrik etmək istəyirəm və dəvətə görə təşəkkür edirəm.
- Komandanız
barədə danışmağınızı xahiş edirik.
- Komandamızın əsas məqsədi istedadlı futbolçuları
aşkara çıxarmaq və onları gələcəkdə “Dinamo”nun daha böyük yaş kateqoriyalı
komandalarda oynatmaqdan ibarətdir.Biz hamımız çalışırıq ki, oyunçularımız gələcəkdə
klubun əsas komandası üçün faydalı olsunlar. Komandamızın çıxışına gəldiksə onu
deyə bilərəm ki, ötən mövsüm biz U-13 və U-14 çempionatlarında iştirak etmişik.
Mövsümün nəticələrinə görə üçüncü yeri tutduq. Ancaq yenə təkrar edirəm ki,
uşaqlarla çalışmaq qələbə qazanmaqdan daha vacibdir.
- Bakı
sizə necə təsir bağışladı?
- Bakı-gözəl şəhərdir. Çox xoşuma gəldi. Əminəm ki,
nümayəndə heyətimizin bütün üzvləri də bu fikirdədirlər.
- Bəs,
turnir barədə nə deyə bilərsiniz?
- Ancaq xoş sözlər deyə bilərəm. Birincisi, bizi
lazımi şəraitlə təmin etdilər, yaxşı mehmanxanada yaşadıq, bizi qayğı və
anlayışla əhatə etdilər. İkincisi, turnir bizim üçün çox faydalı oldu, axı burada
kifayət qədər güclü heyət toplaşmışdı. Bizim komandaya belə güclü komandalara
qarşı oynamaq maraqlı idi.
- Yetirmələrinizin
çıxışından razı qaldınız?
- Bilirsiniz, birinci görüşdə buraxılan səhvlər
üzündən qapımızda iki qol gördük və hesabı bərabərləşdirməyə məcbur olduq.
“Slaviya”ya qarşı matçda oyun yaxşı alındı və rəqibin qapısından 3 cavabsız top
keçirdik. Lakin, təəssüf ki, qrup mərhələsinin sonuncu qarşılaşmasında minimal
hesabla yenildik və 5-ci yerlə kifayətlənməli olduq. Ümumilikdə turnir bizim
üçün çox faydalı oldu.
- Maraqlıdır,
“İnter” haqqında nə bilirdiniz?
- Komandanızın baş məşqçisi Kaxaber Tsxadadzeni, həmçinin
klubunuzda işləmiş Giorgi Çixradzeni tanıyıram. Bundan başqa, mənə məlumdur ki,
“İnter”də bizim bir çox həmvətənlimiz çıxış edir. “İnter” –yaxşı komandadır,
fürsətdən istifadə edərək komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram.
- Gələn
il bu turnirdə iştirak etmək istərdiniz?
- Böyük məmnuniyyətlə gələrdik. Bu turnir xoşumuza gəldi və bu yarışda bir daha iştirak etmək əla olardı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |