“Zestafoni”nin futbolçusu: “Bilirəm ki, Buxarest “Dinamo”su “Neftçi”yə uduzub”
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çempionumuz “Neftçi”nin rəqibi olan “Zestafoni”nin futbolçusu David Muciri klubunun rəsmi saytına müsahibə verib.
- Təlim-məşq
toplanışınız necə keçir?
- Avstriyadakı hazırlıq prosesi gələcəkdə
komandamızın xeyrinə olacaq. Mən
əminəm ki, iyulun 17-də “Neftçi” ilə oyunda komandamız pik formasında olacaq.
Hazırlıq proqram üzrə gedir, iyulun 10-da Çexiyanın “Slovan” klubu ilə
qarşılaşacağıq. Bu oyun çox şeyi göstərməlidir. Ancaq bu faktdır ki, qələbənin
ləzzəti ayrıdır. Məşqçilərimiz bütün oyunçuları yükləyib, indi bütün fikrimiz
“Neftçi” ilə matçla bağlıdır.
- Azərbaycanlıların
qələbəyə böyük inamları var. Prinsipcə, “Neftçi”nin maliyyə vəziyyəti də çox
yaxşıdır. Bu halda Bakı klubu ilə matçda əsas üstünlük nə ola bilər?
- Biz çox
motivasiyalıyıq. İlk mərhələni keçmək istəyirik. Sonrası qismətdir. Hər şey
meydanda həll olunacaq. Ancaq pul həmişə bütün məsələləri həll etmir. Bizim
üstünlüyümüz cavab oyununu evdə keçirməyimizlə bağlıdır. Futbolda hər şey ola
bilər. Mən inanıram ki, komandamız III təsnifat mərhələsinə vəsiqə qazana biləcək.
- Məsələ
ondadır ki, klubunuzda hazırda çoxlu gənc oyunçular var. Onlar komandada özlərini
necə göstərirlər?
- Çox yaxşı. Bu gənc yaşda çempion
olmaq xüsusi hadisədir. Həmin futbolçular lap əvvəldən meydanda olmaq üçün
alışıb, yanırlar.
-
“Neftçi”nin oyununu izləmisiz. Rəqib sizdə hansı təəssüratları oyatdı?
- Əlbəttə,
informasiyalar əldə etmişik. Texnikalı komandadır, heyətində güclü futbolçular
var. Ancaq biz bu “sədd”i keçə
bilərik. Bildiyimə görə, Buxarest “Dinamo”su “Neftçi”yə yoxlama matçında
uduzub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |