“Barselona”nın sabiq məşqçisi: “Bakı, Qəbələ və Lənkərandan xoş təəssüratlarla ayrılmışdım”
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası iyul ayının 1-dən doğma məkanda yeni mövsüm hazırlıqlarını davam etdirir. Yeni baş məşqçi, ispaniyalı mütəxəssis, “Barselona”nın sabiq məşqçisi Luis Araqon Azərbaycan və Qəbələ haqda ilkin təəssüratlarını, təlim-məşq toplanışının gedişi və gələcək planları barədə fikirlərini gabalafc.az-la bölüşüb.
- Artıq 10 gündən artıqdır ki, Azərbaycanda
-
Qəbələdəsiniz. Ölkəmizə, yeni şəhərinizə uyğunlaşa bilmisinizmi?
- Daha əvvəl
də bir dəfə Azərbaycanda olmuşdum. Həmin səfərim zamanı Bakını, Qəbələni və Lənkəranı
gəzmişdim və buradan xoş təəssüratlarla ayrılmışdım. Ölkəniz elə ilk dəfədən
çox xoşuma gəlmişdi. O ki qaldı Qəbələyə, yeni şəhərim yaşamaq və işləmək üçün
çox gözəl və əlverişli yerdir. Təbiəti və iqlimi çox yaxşıdır. Sakit, stressiz
şəhərdir. Uyğunlaşmada da heç bir problem yaşamadım. Məni əhatə edən insanlar
çox səmimi, mehriban və ən əsası peşəkar insanlardır. Bu da mənə özümü Qəbələdə
rahat hiss etmək üçün əsas verir.
- Bir həftədən çoxdur ki,
hazırlıqlara start verilib. Təlim-məşq
prosesi necə gedir?
- Hazırda komandanı komplektləşdirməklə məşğuluq. Heyəti
nəzərdən keçiririk, çatışmayan tərəflərimizi müəyyənləşdiririk. Futbolçularıma
lazımi tapşırıqlarımı verirəm, onlar isə mənə diqqətlə qulaq asırlar,
tapşırıqlarımı yerinə yetirməyə səy göstərirlər. Çempionatın startına kimi bir
neçə yoldaşlıq oyununda gücümüzü sınayacağıq. Bu da bizə zəif nöqtələrimizi
görməyə imkan yaradacaq. Həmin müddət ərzində komandada qalacaq, gedəcək və
kollektivə yeni qoşulacaq futbolçuları da müəyyənləşdirəcəyik. Akademiyadan da
heyətə yeni futbolçular cəlb edəcəyik.
-
Komandanın hazırkı durumunu necə dəyərləndirirsiniz?
- Komandada ab-hava yüksək səviyyədədir. Amma
futbolçunun yetişməsi üçün təkcə məşqlər yetərli deyil. Biz hazırda
futbolçularımız üçün ideal proqram formalaşdırırıq. Onların düzgün rejimə salınması
peşəkar futbolçu kimi yetişmələri üçün vacib faktordur. Gün ərzində səhər yeməyindən
başlayaraq meydançadakı davranışların, gündəlik həyat tərzinin, istirahətin
düzgün qurulması, asudə vaxtının normal dəyərləndirilməsi futbolçunun
meydançadakı performansına birbaşa təsir edir. Bütün imkanlarımızı səfərbər
edib yeni futbol fəlsəfəsi olan futbolçular yetişdirəcəyik və gənc futbolçuları
əsas komanda üçün hazır vəziyyətə gətirəcəyik.
- Yeni
mövsümdə əvəzedici heyətin hədəfi nə olacaq?
- Bir az əvvəl də qeyd etdiyim kimi məqsədimiz yeni
futbol fəlsəfəsi olan, əsas komandaya kömək edə biləcək futbolçular yetişdirməkdir.
Yeni oyun tərzimizi,
futbol fəlsəfəmizi və təcrübəmizi aşılamaqla yüksək texnikalı futbolçular
yetişdirəcəyik. Bu məqsədə nail olmaqla
istədiyimiz hədəfə çata bilərik - həm çempionatın qalibi olarıq, həm də əsas
komandanı futbolçu ilə təmin edərik.
- Hazırda
heyətdə əsas komandaya namizəd futbolçular varmı?
- Qısa müddətdir ki komandaya rəhbərlik edirəm. Hələ ki, dəqiq fikir söyləmək üçün tezdir. Heyətdə bəyəndiyim və gələcəyinə inandığım futbolçular var. Amma məqsəd fərdi xüsusiyyətlərə malik futbolçular yetişdirmək deyil. Biz istədiyimiz nəticələri əldə etmək gücündə olan, komanda oyunu nümayiş etdirən kollektiv formalaşdırmağa çalışırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |