Ramin Musayev: “Öz işləridir, özləri bilər”
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2012-2013-cü il mövsümünün püşkatma mərasimi keçirilib. Stadium.az xəbər verir ki, saat 12.00-da AFFA-nın inzibati binasında başlayan mərasimdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev ilə yanaşı klub rəsmiləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan PFL-in Mətbuat və
İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev püşkatmanın
keçirilmə qaydası haqqında mərasim iştirakçıları məlumatlandırıb: “Bu gün 21-ci
Azərbaycan Premyer Liqasının püşkatma mərasiminə yığışmışıq. Bunu futbol
bayramı kimi də səciyyələndirə bilərik. Bu münasibətlə hər birinizi təbrik edirəm.
Püşəkatma qaydalarında heç bir dəyişiklik yoxdur. Çempion komandadan turnir cədvəlinin
sonuncusuna doğru hər bir klub nümayəndəsi qutudakı şarlardan birini seçəcək və
beləliklə biz ilk turun qarşılaşmalarını müəyyən edəcəyik”.
Daha sonra çıxış edən PFL-in prezidenti Ramin
Musayev çempionatın keçirilməsində heç bir dəyişikliyin olmadığını bildirdi:
“Bu günkü bayram abu-havası daha yüksək ola bilərdi. Ancaq media işçiləri az gəlib
və klub rəhbərlərindən heç kim iştirak etmir. Öz işləridir, özləri bilər. Bizim
üçün fərqi yoxdur. Biz borcumuzu yerinə yetiririk. Peşəkar Futbol Liqasının
prezidenti olaraq hər birinizin qarşınızda söz verirəm ki, heç bir haqsızlığa
yol verilə bilməz. Ötən çempionatda da şahidi oldunuz ki, haqsız olan hakimlər
uzaqlaşdırıldı. Peşəkar Futbol Liqasının fəaliyyətdə olduğu dörd ildə Premyer
Liqadan uzaqlaşdırılan hakimlərin sayı keçmiş 16 ildə olmamışdır. Bizim istədiyimiz
odur ki, heç kəsin haqqı tapdalanmasın. Bundan sonra da çalışacağıq ki, daha da
düzgünlük olsun. Sponsorlar qarşısında özünə bəraət qazandırmaq üçün bəzi baş məşqçilər,
futbolçular hakimləri günahlandırırlar”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |