Tərlan Əhmədov: “Əsas məqsədimiz “Zestafoni”yə bu faciəni yaşatmaqdı”
Sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dalğa Arena”da Gürcüstan çempionu “Zestafoni”ni qəbul edəcək “Neftçi”nin məşqçisi Tərlan Əhmədov bu gün oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, gənc məşqçi hazırlıq prosesi, komandaya qoşulan yeni futbolçular və digər məsələlər barədə danışıb.
- Hazırlıq
necə keçib?
- Bu oyuna kimi iki mərhələdə hazırlıq keçmişik. Birinci mərhələ
fiziki, ikinci mərhələ isə taktiki plan üzərində qurulub. Deyə bilərəm ki, hər
iki mərhələ uğurla başa çatıb. Yeni futbolçular da komandamıza uğurla
adaptasiya olub. Şükürlər olsun ki, yeni zədələnən futbolçumuz da yoxdur.
Hazırda əsas məqsədimiz bu mərhələni keçməkdir. Özünüz də görəcəksinizki, “Neftçi”
çox güclənib.
- Rəqibin
oyununu izləmisiniz?
- "Zestafoni"nin oyunlarını izləmişik. Rəqibin
"Styaua" ilə, eləcə də bir neçə çempionat oyunlarına baxmışıq. Onları
çox yaxşı analiz etmişik. Zəif və güclü cəhətlərini bilirik.
-
Bilirsiniz ki, bu mərhələni keçə bilməsəniz, ictimaiyyətin qınaq obyetinə
çevriləcəksiniz?
- Bunu da çox yaxşı dərk edirik. Hətta ikinci mərhələdə
uduzsaq da, eyni hal yaşanacaq, yenə hamı bizi qınayacaq. Buna görə də, ancaq
turu keçib, qrupa düşməyə köklənmişik.
-
Böyükağa Hacıyevin olmaması oyunatəsir göstərə bilər?
- Allah Böyükağa müəllimə şəfa versin. İstəyirik
ki, tezliklə sağalıb, komandanın başına dönsün. Özü oyunda olmasa da,
tapşırıqlarını verib. Hətta heyəti də onunla məsləhətləşib, müəyyənləşdirəcəyik.
İnşallah biz udsaq, o da sağalacaq.
- Yeni
gələnlər komandadan gedənləri əvəzləyə bilir?
- Həyatda əvəzolunmaz futbolçu yoxdur, amma təkrarolunmaz
futbolçu var. Gedənlər bizim əzizlərimiz və qardaşlarımız idi. Həyat davam
edir, komandaya yeni ab-hava lazım idi. Mən deyə bilərəm ki, gələnlər gedənlərdən
daha güclüdür. Bunu sabahkı oyunda da özünüz görəcəksiz.
-
Hansı nəticə sizi qane edəcək?
- Cütün taleyini elə buradaca həll edə biləcək istənilən
nəticəyə razıyıq. Çalışacağıq ki, ilk növbədə qol buraxmayaq. Maksimim dərəcədə
də qol vurmağa çalışacağıq.
- Bundan
sonra da heyətə yeni futbolçu alınması nəzərdə tutulur?
- Əgər mərhələ keçə bilsək,bir-iki oyunçu da almaq
fikrimiz var.
-
Rodriqinyonun vəziyyəti necədir?
- Rodriqinyo artıq məşqlərə başlayıb, məşq üçün tam
hazırdı. Hələlik risk edib, onu oynatmayacağıq. O, ancaq çempionata tam hazır
olacaq.
- Yeni
gələn hücumçu Bahadırı əvəzləyə bilir?
- Bahadırın etdiyini heç kim edə bilməz. Onun əzmkarlığı,
rəqibi çaşdırmaq kimi xüsusiyyətləri var. Kanalesin də öz üstünlükləri var.
Sabah özünüz hamısını görəcəksiz.
-
Gürcülərin baş məşqçiləri deyibki, "Neftçi"ni keçə bilməsələr bu,
onlar üçün faciə olacaq...
- Kimlərinsə fikiri bizi maraqlandırmır. Onlar bizi
keçə bilməsələr, bunu faciə kimi dəyərləndirə bilərlər. Bizim də əsas məqsədimiz
onlara bu faciəni yaşatmaqdır. Gələn futbolçuların heç birindən narazılığımız
yoxdur, hamısının gördüyü işlər bizi qane edir.
-
Onlar sabah sizi meydanda təxribatada çəkə bilərlər...
- Gürcülər çox şeyə əl ata bilərlər, amma biz
futbolçularımıza hər şeyi başa salmışıq. Çünki onlardan çox şey gözlənilir, sadəcə
bizim futbolçular soyuqqanlı olmalıdırlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |